Avqustun 26-da Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı keçirilib.
Azərtac xəbər verir ki, festival zamanı Qəbələyə Beynəlxalq mürəbbə paytaxtı rəsmi statusu verilib. Ümumdünya Kulinariya Təşkilatının prezidenti Tomas Gugler bu festivalı inkişaf etdirmək üçün hər cür səy göstərən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə müvafiq sertifikat təqdim edib.
Builki Mürəbbə Festivalı özünəməxsus rekord müəyyən edib: festivalda dünyanın 25 ölkəsindən, habelə Azərbaycanın 45 şəhər və regionundan 3500-dən çox mürəbbə növü təqdim edilib.
Azərbaycanın mürəbbə ustaları da öz məharətləri ilə festivalın qonaqlarını təəccübləndirə biliblər. Qəbələdə olan hər kəs, yəqin ki, yol kənarında müxtəlif şoraba və mürəbbə dolu qabların qalaqlandığı bazarları görüb. Belə bazarlarda qeyri-adi mürəbbələr də satılır. Qəbələ stendində onların bəziləri, məsələn, pomidor, yemişan, habelə akasiya çiçəklərindən mürəbbələr təqdim edilmişdi.