Mingəçevirdə şadlıq sarayında qəbul edilən keyfiyyətsiz qidadan 10 nəfər zəhərlənib.
Hadisə şəhərin Energetik yaşayış massivində yerləşən "Ağsaray” şadlıq sarayında qeydə alınıb
Toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.Halsız durumda olan xəstələrə tibbi yardım göstərilib.
Baş vermiş hadisə ilə bağlı GEM-in yerli şöbəsinin əməkdaşları təcili "Ağsaray” şadlıq sarayına, ardınca xəstəxanaya baş çəkib. GEM-in baş həkimi Əbil Ağayev məclisdə qidaların qəbuluna müvəqqəti yasaq qoyduqlarını deyir:
"Həm şadlıq sarayından, həm də xəstələrdən analiz nümunələri götürmüşük. Ən qısa zamanda labarator anlizlərdən keçirərək hadisənin nədən qaynaqlandığını müəyyən edəcəyik. Hələlik isə bu qənaətdəyik ki, keyfiyyətsiz qida qastrit,yəni mədə pozğunluğu yaradıb.”
Faktla bağlı araşdırmalar davam etdirilir.