Bakının Yasamal rayonunda, "Kaktus" restoranının arxasında, qaçqınlar yaşayan məhəllədə uşaqlar pişiklər üçün sığınacaq düzəldib.
Hər gün öz aralarında 10 qəpikdən pul yığan uşaqlar pişik yeməyi alaraq, onları yedizdirir. Sığınacağı Məzahir adlı 14 yaşlı uşaq düzəldib. O, yaxınlıqda yaşayan yaşlı bir qadının da hər gün pişiklər üçün yemək gətirdiyini söyləyib.
Qeyd edək ki, bir müddət öncə Bakıda iti yük maşınına bağlayaraq sürüyən gənclərin videosu yayılmış və onlar sosial şəbəkələrdə sərt şəkildə tənqid olunmuşdular.
Fotosunun çəkilməyini istəməyən 14 yaşlı oğlan isə heyvanlara göstərdiyi qayğı ilə hər kəsi sahibsiz heyvanlara kömək etməyə, onlara sevgi ilə yanaşmağa dəvət edib.
Sözügedən sığınacağın fotolarını təqdim edirik: