Bakıda küçə heyvanlarından istifadə edərək, dələduzluq edən şəxs peyda olub.
BakiPost.az xəbər verir ki, özünü heyvansevər kimi təqdim edən əsl adı Yaqub Qafarov olan şəxs dələduzluğunu sosial şəbəkələr vasitəsilə həyata keçirir. Belə ki, o, Zaur Qafarov adıyla fəaliyyət göstərdiyi instagram hesabında küçə heyvanlarını könüllü şəkildə yığdığını və onlara baxdığını qeyd edir. Heyvanalara qulluq üçün isə müəyyən məqdərdə maddi vəsait tələb olunduğunu bildirən Y. Qafarov, insanlardan, əsasən də qızlardan pul yığır. O, yığılan pullarla guya heyvanları müalicə etdirdiyini, onlar üçün yemək aldığını yazır.
Lakin onun heyvanlar üçün yığdığı pulu mənimsədiyi, küçə itlərini və pişikləri ac saxladığı məlum olub. Sosial şəbəkələrdə sözügedən şəxsin heyvanları anti-sanitar vəziyyətdə, qapı arxasında saxladığı, onların ac və ya susuz olmasıyla maraqlanmadığı barədə etiraz statusları yayılmağa başlayıb. Heyvansevər şəxslər ondan itləri niyə ac saxladığını soruşanda Y. Qafarov müalicə etdirdiyi üçün itlərə yemək vermədiyini qeyd edib.
Yaqub Qafarovla bağlı artıq Suraxanı rayonu 33-cü polis bölməsinə şikayət edilib. İnzibati iş üzrə araşdırma başlanılıb. Polis əməkdaşlarının təzyiqlərindən sonra Y. Qafarov heyvanların hamısını azad edib. Hazırda evində heç bir heyvan saxlamayan "heyvansevər” hələ də instagram hesabında heyvanlara yardım adı ilə pul yığmaqda davam edir.
Onun vaxtilə evində saxladığı heyvanlardan bəzilərinin fotolarını təqdim edirik: