Ermənistanın Avrasiya Birliyinə qoşulması onun durumunu yaxşılaşdırmaq əvəzinə, Rusiyadan asılılığını artırıb; Moskva işğalçıya qarşı təzə şərtlər irəli sürür - Bakı üçün də ibrət...
Bu günlərdə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrəvanda səfərdə olub. Səfərlə bağlı diqqət çəkən mühüm detallardan biri də - hansı ki, bu günədək erməni siyasi-ictimai və ekspert dairələrində qızğın müzakirə olunur - Volodinin erməni tərəfinə rus dilini ölkədə ikinci dövlət dili kimi tanımaq təklifidir.
Rusiyalı spiker bunun Ermənistanda verilən sürücülük vəsiqələrinin Rusiyada tanınması üçün əsas şərt olduğunu bildirib. Lakin rəsmi İrəvandan buna neqativ cavab gəlib. Ermənistan parlamentinin komissiya sədri açıq şəkildə bildirib ki, belə bir şey gözlənilmir. Yəni “Ermənistanda rus dilinə ikinci dövlət dili statusu verilməyəcək”.
Öz növbəsində Ermənistan parlamentinin sədri Ara Babloyan Volodinlə görüşdə yerindəcə rusiyalı həmkarına etiraz edib və bildirib ki, gündəlikdə belə məsələ durmur. “Rus dili Ermənistanın bütün məktəblərində tədris edilir. Ona görə də rus dilini bilmək tamamilə kifayət edir. Lakin tərəflər bu məsələyə gələcəkdə qayıtmaq barədə razılığa gəliblər”, - deyə o əlavə edib.
***
Ancaq aydındır ki, sürücülük vəsiqəsi, sadəcə, motivdir. Əslində bununla rəsmi Moskva İrəvana mesaj verir ki, o, Ermənistanda rus dilinə, daha dəqiqi, Rusiyaya münasibətdən narazıdır. Bu narahatlığa əsas isə yetərlidir. Ona görə ki, işğalçı ölkə həqiqi mənada özünü monoetnik respublikaya çevirib və burada son illər hətta rus dili, rus dillilər belə, güclü şəkildə sıxışdırılıb, rus məktəbləri isə barmaqla sayılacaq qədər qalıb.
Qeyd edək ki, Volodinin Ermənistan səfərindən öncə Rusiya Dövlət Dumasının qəbul elədiyi qanuna düzəlişə görə, Rusiya ərazisində yalnız Belarus və Qazaxıstanın sürücülük vəsiqələri qüvvədə olacaq, çünki adıçəkilən ölkələrdə rus dili ikinci dövlət dili statusuna malikdir.
Qazaxıstan və Belarus həm də Avrasiya İqtisadi Birliyi və Gömrük Birliyinin üzvləridir - Ermənistan kimi. Ancaq göründüyü kimi, işğalçı ölkə Rusiyanın regionda yeganə forpostu olsa da, ona bu lütf tanınmayıb. Bu da Rusiyanın Azərbaycana silah satmasının ardınca Ermənistanda güclü qıcıq yaradan ikinci fakta çevrilib. Neçə gündür ölkə gündəmini məşğul edən mövzulardan biri məhz budur.
***
“Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmaq prosesinə başlamalıdır”. Musavat.com xəbər verir ki, bu sözləri 1 in.am saytına açıqlamasında Ermənistan parlamentindəki “Erk” fraksiyasının üzvü Edmon Marukyan məsələ ətrafında durumu şərh edərkən söyləyib.
“Dövlət Dumasının qəbul elədiyi düzəlişə əsasən, yalnız Belarusdan və Qazaxıstandan olan sürücülərə Rusiyada işləməyə icazə verilir. Yəni Ermənistan vətəndaşlarının sürücülük hüquqlarına münasibətdə diskriminasiyaya yol verilib. Bu barədə bəlli olanda mən siqnal vermişdim ki, həmin qanunda hansısa gizli mesaj gizlənir ki, biz rus dilini ikinci dövlət dili kimi qəbul etməyə borcluyuq. Bu narahatlıq Volodinin açıqalamalarında da öz təsdiqini tapdı”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Rusiya Dumasının qəbul elədiyi düzəliş bir daha sübut edir ki, Ermənistan hökuməti Rusiyaya hətta bu səviyyədə də onun suverenliyi əleyhinə addımlar atmağa imkan verib. “Bu, o deməkdir ki, Ermənistan iqtidarı o dərəcədə zəifdir ki, belə şeylərə imkan verir. Ermənistan hakimiyyəti, sadəcə, özünü yandırsa yaxşıdır, bu, rüsvayçı vəziyyətdir”, - deyə erməni deputat əlavə edib.
***
Ancaq çətin ki, Sərkisyan özünü belə “xırda” şeylərə görə yandırsın. Onun üçün erməni xalqının ümdə maraqları öndə olsaydı, Dağlıq Qarabağ məsələsində indiyədək radikal mövqe tutub ölkəsinin təcrid duruma düşməsinə, ermənilərin Rusiya və başqa ölkələrə kütləvi şəkildə qaçmasına baiskar olmazdı. Sonuncu qadağa isə sözsüz ki, Ermənistandakı ailələri üçün sürücülük eləməklə çörəkpulu qazanan bir çox erməni miqrantlara zərbə olacaq. Bəlli məsəlidir ki, onlar işsiz qalmaq təhlükəsi ilə üzləşiblər və geriyə dönmək zorunda da qala bilərlər. Erməni əhalinin dolanışı isə həm də xeyli dərəcədə Rusiyadan gələn pul transfertləri hesabına təmin olunur.
Bu fakt Rusiya ilə Ermənistan arasında hətta rəsmi səviyyədə də gizli bir gərginliyin yaşandığını göstərməklə yanaşı, işğalçı ölkənin Avrasiya Birliyi ilə bağlı ümidlərinin də puç olduğuna dəlalət edir. Fakt odur ki, bu quruma üzvlüklə Ermənistanın iqtisadi-sosial durumu əsla yaxşılaşmayıb. Əksinə, pisləşməkdə davam edir və ən önəmlisi, son vaxtlar Qərbə (NATO və Avropa Birliyinə) sarı tez-tez boylanan İrəvana qarşı Moskvanın yeni-yeni tələbləri üzə çıxıb. Görünür, Rusiya öz vassalının cilovunu çəkmək qərarı verib.
Demək, Azərbaycan üçün də Avrasiya Birliyinə üzvlüklə bağlı götürüləsi müəyyən ibrət dərsləri var. Necə deyərlər, “Şər deməsən, xeyir gəlməz”. Suverenliyimizə nöqtə qoyacaq Avrasiya yolu bizə lazımmı? (musavat)