“Hacı Cavad məscidi sökdürülməmişdən üç gün öncə Yasamal İcra Hakimiyyətinin Heydər Əliyev muzeyində təşkil etdiyi bir tədbirdə kəskin çıxış etdim...”
İmam Hüseyn məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül moderator.az əməkdaşı ilə bu dəfəki söhbətində aprel ayından bəri Hacı Cavad məscidi ətrafında başlanmış problemlərin həllinə mane olmaga çalışan, məscidi gecə ikən qəflətən sökdürməklə dindarların heysiyyətinə toxunaraq din-dövlət qarşıdurması yaratmaq istəyənlərin Azərbaycana qarşı məkrli niyyətlərindən bəhs etdi...
- Hacı, bu ilin aprelindən bəri “Sovetski” deyilən ərazidəki Hacı Cavad məscidi ilə bağlı problem, demək olar ki, həllini tapıb. Həmin məscid sökülsə də, prezident İlham Əliyevin göstərişi əsasında daha geniş ərazidə, əvvəlkindən də qat-qat yaraşıqlı və böyük məscid inşa edilməkdədir. Görəsən, məscidin icma üzvləri bu prosesdən narazı qalmayıblar ki?
- Xeyr. Möminlərin Hacı Cavad məscidinin yeni, daha geniş bir ərazidə bərpa edilməsindən, təbii ki, narazılıqları yoxdur. Narazılıq ondandır ki, yeni məscid hazır olmamış köhnəsi söküldü. Axı dövlət başçısı yeni məscid tikilənədək bu məscidin sökülməsinin dayandırılması üçün göstəriş verimişdi. Niyə bu məscidi belə tələm-təlsik sökdülər? Gecə ikən, heç kəsin xəbəri omadan, qəflətən məscidin sökülməsi ibadət əhlinə çox pis təsir göstərdi...
- Ölkədəki dini, həm də siyasi mühitə kifayət qədər bələd olan biri kimi necə düşünürsüz, din adamlarını sanki bilərəkdən, ciddi-cəhdlə dövlətə qarşı qaldırmaq istəyənlər kimlərdir?
- Hacı Cavad məscidi sökülməmişdən üç gün öncə bizi Yasamal rayonundakı Heydər Əliyev muzeyi binasına mövzusu hələ bu günədək mənə aydın olmayan bir yığıncağa dəvət etmişdilər. Cümə məscidinin axundu, Allahşükür Paşazadənin müavini Hacı Surxay və digər bir neçə məscidin axundları da dəvətli idi. Hacı Cavad məscidindən də nümayəndələr vardı. Tədbirdə Dini Komitənin sədrinin birinci müavini Səyyad Aran, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini və digər əməkdaşları, eləcə də Xızı rayonundan “Cabir Novruz” fondunun əməkdaşları və s. iştirak edirdi. Məclisi tanınmış kulturoloq, professor Fuad Məmmədov aparırdı. İlk olaraq Yasamal RİH başçısının bir qadın müavininə söz verildi. Dəqiq yadmda deyil, səhv etmirəmsə, Təravət Muradova idi. Onun çıxışı əsasən Hacı Cavad məscidinin icmasına qarşı yönəlmişdi. Həmin məsciddə ibadət edən möminlərin hamısını “ekstremist” adlandıran xanım onların təxribat törətmək niyyətində olduqlarını vurğularaq dedi:”yaxşı ki, prezident İlham Əliyev vaxtında bu qüvvələrin qarşısını aldı”. Məscidin də nümayəndələri əyləşib dinləyirdilər. Bu təbii ki, onlara pis təsir etdi. Lakin səbr edib susdular. Bundan sonra Səyyad Aran çıxış etdi. Lakin o, ümumi danışdı, Hacı Cavad məscidi barədə belə kəskin ifadələr işlətmədi. Professor Fuad Qasımov isə öz çıxışında Qurani-Kərimi aşagıladı. Bu barədə bir az sonra... Hələlik məscid mövzusunu davam etdirək... Hacı Surxay da çıxış etdi - amma bilinmədi ki, konkret nədən danışdı. Müxtəsəri, bu məclisin məqsədi-məramı rəsmən bəlli olmadı. Amma iki əsas məqam aydın oldu. Birincisi, Hacı Cavad məscidi ətrafındakı gərginliyin bütün günahı ibadətgah icmasının üzərinə yıxıldı. Bu məsciddə ibadət edənlərə “dini ekstremist” damğası vuruldu. İkincisi də, Qurani-Kərim aşağılandı...
- Siz Hacı Cavad məscidi barədə Yasamal İcra Hakimiyyəti nümayəndəsinin çıxışına reaksiya verdinizmi?
- Əlbəttə. Mən bu haqsızlığa dözə bilməzdim. Tədbirin lap sonunda Fuad müəllim artıq məclisi yekunlaşdırmaq istəyirdi ki, dərhal söz istəyərək ayağa qalxdım. Dedim ki, mənim burada deyilənlərə bir neçə iradım var. Birincisi, İcra Hakimiyyətinin xanım nümayəndəsinin Hacı Cavad məscidində ibadət edən möminləri “dini ekstremist” adlandırması dogru deyil. Gəlin insafla danışaq. Kimlərsə Azərbaycanda İslam Həmrəyliyi ili elan edildiyi, İslam oyunları keçirildiyi bir ərəfədə xaricdən axışan xarici qonaqların, xüsusən İslam ölkələri nümayəndələrinin gözü qarşısında qədim bir məscidi sökmək söhbətini ortalığa atdılar ki, baxın, bizim dövlət ibadətgahlara necə münasibət bəsləyir, vicdan azadlıgını necə qoruyur. Həmin məscidin icma üzvləri də üz tutdular Qafqaz Müsəlmanları İdarəsinə, oradan dedilər ki, bizim balansımızda belə bir məscid yoxdur. Duni Komitəyə müraciət etdilər, cavab verdilər ki, biz belə bir məscid tanımırıq, bizdə qeydiyyatı yoxdur. Bir sözlə, hər kəs faktiki fəaliyyət göstərən Hacı Cavad məscidindən üz döndərdi. Belə olan halda bu cavanlar nə etməi idilər, öz ibadətgahlarının müdafiəsinə qalxmalıydılar, yoxsa yox? Bunlar öz dini, vicdani haqlarını müdafiəyə qalxanda da oldular “dini ekstremist”. Nə yaxşı ki, möhtərəm prezidentimiz İlham Əliyev vaxtında olaylara müdaxilə etdi. Dövlət başçısı göstəriş verdi ki, bu problemlə bağlı komissiya yaradılsın. Və Hacı Cavad məscidinin bərpası mümkündürsə, bərpa edilsin, mümkün deyilsə, möminlərin ibadət etməsi üçün yeni məscid tikilsin. Bundan sonra məscidin icma üzvləri də səbirlə gözləməyə başladılar... Ancaq siz bu gün yenə də onları “dini ekstremist” adlandırrısız. İndi sizdən soruşuram: dindarlarla dövləti qarşı-qarşıya qoyan kimlərdir? İbadətgahlarını müdafiə etməyə çalışan məzlum dindarlar, yoxsa məscidin təcili sökülməsinə göstəriş verib cavan beyinləri qızışdıran, sonra da onları problemləri ilə maraqlanmadan, üz tutmaga ünvan göstərmədən “ekstremist” adlandıran qurumlar? Əlbəttə ki, günahkar ikincilərdir... Heç biri bir kəlmə cavab vermədi mənim çıxışıma... Bundan sonra professor Fuad Məmmədova Quran məsələsi ilə baglı cavab verdim. Bu minvalla qayəsi açıqlanmayan tədbir bitdi və iki gün sonra Hacı Cavad məscidini gecə ikən sökdülər... Məscidin sökdürülməsində fəal iştirak edən Yasamal rayon 43 saylı MİS-in müdiri Yusif Əhmədov iki gün sonra iş yerində ürək tutmasından öldü... Yasamal icra başçısı vəzifəsindən azad edildi... O, prezidentin göstərişinə zidd olaraq məscdi sökdürmüşdü... Sanki hansısa qüvvələr yenidən dindarları dövlətə qarşı qaldırmağa çalışırdı.. Şeyxülislam isə deyir ki, prezident məsləhət bilmişdi ki, məscid hələlik sökülməsin, amma təəssüf ki, söküldü. Necə yəni söküldü? Bəs sən Ruhanilər İdarəsinin rəhbəri kimi hara baxırsan? Prezidentin tapşırıgının icrasına məsul şəxslərdən biri də sən deyilsən? Dini Komitə isə heç səsini çıxarmadı... Allah hər şeyi görür və hər şeyə qadirdir. Bu məscidin vaxtından öncə sökülməsinə çalışanların hamısının aqibəti acınacaqlı olacaq... Necə ki, olmaqdadır...`
- Hacı, sizcə, bu şəxslərin məqsədi yalnız Hacı Cavad məscidinin sökülməsi idi?
- Xeyr. Onlar bu və digər yollarla dindarlarla, namaz əhli ilə dövlət arasında süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Nə yolla olur-olsun. Bu gün xalqla dövlət arasında qarşıdurma yaratmaq üçün yeganə həssas nöqtə dindir. İnşallah, bu da baş tutmayacaq. Buna baxmayaraq dövlətin müvafiq orqanları bu vəzifəli şəxslərin kimliyini müəyyənləşdirməlidir. Ancaq mənim əlimdə də din-dövlət qarşıdurması yaratmaq niyyəti güdənlər barədə əsaslı məlumatlarım var. Hələlik gözləyirəm ki, onları dövlət özü müəyyən edib onların qarşısını alsın, onları cəzalndırdırsın. Məqamı gələndə öz sözümü deyəcəm. Mən daim sözümü deyən adam olmuşam.... Dövlət ayıq olmalıdır. Bir daha təkrar edirəm: dövlət-xalq münasibətlərində incə yer dindir. Xalqımız isə dinə, İslama baglı xalqır. Odur ki, daxili və xarici qüvvələr din-dövlət ziddiyyətləri adı altında xalq-dövlət qarşıdurması yaratmağa çalışırlar... Ancaq Allah böyükdür...
Hacı Əbdül Yasamal rayonundakı Heydər Əliyev muzeyində keçirilmiş tədbirdə tanınmış kulturoloq, professor Fuad Məmmədovun Qurani-Kərim barədə aşaılayıcı çıxışına necə cavab verdi? O, professorun Allahın sonuncu Kitabı barədəki fikirlərini hansı qeyri-ənənəvi cərəyan nümayəndələrinin baxışları ilə müqayisə etdi?