“Bu barədə bir söz deyə bilmərəm. Çünki məlumatımız yoxdur. Hər şey Tarif Şurasının qərarından asılıdır”.
Oxu.Az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metroda qiymət artımı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.
O, Bakı Metropoliteni tərəfindən Tarif Şurasına belə bir müraciətin olunmadığını açıqlayıb.
Qeyd edək ki, iqtisadçı Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, uzun müddətdir, metroda gediş haqqının qaldırılmasına dair söhbət aparılır. Onun sözlərinə görə, metro ilə bağlı dəfələrlə açıqlama olub, amma sərnişinin maya dəyəri, onun necə hesablanması açıqlanmır: “Bu, təxmini 50 qəpik civarında bildirilib. Ona görə gələcəkdə metroda gediş haqqının artması ilə bağlı qərar verilə bilər. Bunu onunla izah edəcəklər ki, sərnişinlərin daşınmasının maya dəyəri yüksəkdir. Lakin qurumun rəhbərliyindən heç kim izah edə bilməyib ki, maya dəyəri niyə belə yüksək hesablanır. Əslində, müstəqil audit keçirib, bu qurumda sərnişin daşınmasının maya dəyərini hesablamaq mümkündür. Hələlik əlimizdə olan ancaq sərnişindaşımanın maya dəyərinin artması ilə bağlı həmin qurumun özündən verilən məlumatdır. Ola bilər, Metropolitendə də gediş haqqının artırılması ilə bağlı qərar verilsin”.
Xatırladaq ki, gediş haqlarının tənzimlənməsi üçün iyulun 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək. Bu isə hazırkı qiymətlərin 20% artırılması deməkdir.