Sosial şəbəkələrdə Bakı Metropolitenində yaxın günlərdə qiymət artımının ediləcəyi ilə bağlı məlumatlar yayılıb.
Redaksiyamız "Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatlara görə, bu günlərdə Tarif Şurası gediş haqqının 35 qəpiyə qaldırılması ilə bağlı qərar verəcək. Bu da hardasa 70% yaxın artım deməkdir.
Tarif Şurasından isə sorğuya cavab olaraq bildirilib ki, metroda gediş haqqının qaldırılması ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Ümumiyyətlə isə, hazırda qiymət artımı gündəmdə deyil”.
Öz növbəsində, "Bakı Metropoliten”inin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bildirib ki, qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.