Sosioloqlar hesab edir ki, işsizliyi tələbələr özləri yaradır
Bu günlərdə abituriyentlər üçün sınaq dönəmidir. Onlar gələcək həyatlarına şəkil vermək, onu bu və ya digər formada istiqamətləndirmək üçün düzgün tərcihlər etməlidir. Bəli, gənclər ali təhsil almaq üçün bütün güc və enerjilərini səfərbər edirlər. Amma bir çox hallarda universiteti bitirib işsiz qalmaq perspektivini də unutmaq olmaz.
Öncə statistikaya diqqət. Qonşu Türkiyədə 2000-ci ildə 143 min nəfər işsiz universitet məzunu var idisə, 2015-ci ildə bu rəqəm 774 min nəfərə qədər artıb. Bu isə o deməkdir ki, təkcə təhsil almaq yetərli deyil. Ümumən universitet məzunu olub, iş tapan gənclərin önəmli bir hissəsi oxuduqları sahədən fərqli sahələrdə çalışmaq məcburiyyətindədilər. Düzgün seçimə gedən yol isə bu suala düzgün cavabı tapmaqdan keçir: “Universitet məzunları nə üçün işsiz qalırlar?”
İstedadlarını yoxlamırlar
Universitet dövrünə çatan gənclərin önəmli bir hissəsi əslində hansı peşyə sahib olmaq istədiklərinin, hansı peşəyə daha uyğun olduqlarının fərqində olmaya bilər. Bir çox gənc bu vacib suallara daha düzgün cavab verə bilmədiyi halda seçim edir və eyni zamanda həyatlarını şəkilləndirəcək peşələri seçir. Halbuki unutmaq olmaz ki, bacarıq və qabiliyyətə uyğun olaraq peşə seçmək insanın gələcək həyatının keyfiyyətinə təsir edir. Özümüzü uğurlu hiss etdiyimiz, sevdiyimiz və səhərlər sevinclə getdiyimiz bir işdə çalışmaq olduqca böyük üstünlükdür.
Yanlış seçim edəndə oxuduqları fakültəyə maraqlarını itirirlər
Universitet bufetlərinin auditoriyalardan daha dolu olduğunun fərqindəsiniz. Məhz bu, yanlış tərcihlərin bir nəticəsidir. Tələbə yanlış seçim etdikdən və bunun fərqinə vardıqdan sonra dərslərə də, peşəyə də marağını itirməyə başlayır.
Hər kəsin seçdiyi fakültələri seçirlər və…
Ən populyar fakültələrdə oxumaq, peşə məktəblərinin yaratdığı alternativlərə göz yummaq, son nəticədə işsizliyin də səbəbkarıdır. Həmin populyar fakültələrdən məzun olanlar arasındakı iş tapma rəqabəti yeni məzunlara ən çox çətinlik yaradan faktorların başında gəlir.
Universitet təhsili zamanı yetərincə təcrübə əldə etmirlər
Nə tələbə ali təhsil aldığı müddətdə iş fürsətləri ilə tanış olur, nə də universitet buna imkan yaradır. Məsələn, çox nadir hallarda tələbə təhsil aldığı dönəmdə oxuduğu sahə üzrə işə girir, təcrübə əldə edir. Məzun olana qədər tələbələrin həqiqi həyatla əlaqə qura bilməmələri əksik bir təhsil müddətinə səbəb olur.
Hansı fakültənin iş fürsətləri yaradacağını düzgün oxuya bilmirlər
Tələbələr gələcəyin peşələrini yetərincə analiz edə bilmirlər. Məsələn, son illərdə hər yerdə aşbazlıq məktəbləri açılır, addım başı restoranlar fəaliyyətə başlayır. Restoran və ya otel iddiası olan işbazlar rəqabət edə bilmək üçün hər gün heyətlərini daha da inkişaf etdirməyə çalışır. Yaxşı bir aşbaz olmanız günümüzdə ulduz münasibəti görməniz üçün yetərli ola bilər.
Daha bir məqam. Son 10 ildir ki, dünya miqyasında böyümə göstərən aviasiya sektorunun 2030-cu ilə qədər sürətlə böyüməyə davam edəcəyi və bu sahədə yetişmiş bir personelə ehtiyac duyacağı bilinir. Amma tələbə və valudeynlər çox zaman bu gəlişmələri yaxından təqib etmirlər. (musavat)