Ona etibar edilən bütün postlarda Namiq Hüseynov özünü doğruldub

Ona etibar edilən bütün postlarda Namiq Hüseynov özünü doğruldub Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Namiq Hüseynov - Azərbaycanda prezident seçkilərində səsvermə çox sakit şəraitdə həyata keçirilib və Azərbaycan seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verib.

Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyət təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.

Möhtərəm cənab prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir.


Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Namiq Hüseynovdur.

-Namiq Hüseynov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda rayon gənclərinin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Namiq Hüseynov Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəislik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Namiq Hüseynov - son illər silahlı qüvvlərimizin sıralarında müddətdən artıq hərbi qulluqçu kimi çalışanların sayı artıb. İndi həqiqi hərbi xidmətini başa vuran gənclər könüllü olaraq hərbi hissələrə qayıdır və vətənin keşiyində mərdliklə dayanırlar. Respublikamızın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlər də daim dövlətə və vətənə bağlılığı ilə seçilir.

Ona etibar edilən bütün postlarda Namiq Hüseynov özünü doğruldub. Bizdə hörmətli Namiq Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər