Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının iclasında dinlənilən məruzələr arasında ən qızğın müzakirələr avstriyalı deputat Stefan Şennaxın hazırladığı hesabat ətrafında cərəyan edib.
AZƏRTAC bildirir ki, dünya miqyaslı maliyyə cinayətlərini əhatə edən "Maliyyə və sosial sahədə ədaləti təmin etmək üçün "Panama vərəqləri"ndən alınan dərslər" mövzusunda hazırlanmış məruzə ilə əlaqədar müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov çıxış edib.
Erməni deputatların böhtan səciyyəli, Azərbaycana qara yaxmaqdan ibarət çıxışlarını qətiyyətlə rədd edən azərbaycanlı deputat Ermənistanın özünün "Panama vərəqləri"ndə yer alması ilə bağlı faktları Assambleya üzvlərinin diqqətinə çatdırıb. Rafael Hüseynov Ermənistanın belə canfəşanlığının təsadüfi olmadığını, cinayət içində boğulan bir rejimin təmsilçilərinin saxta bəyanatlarla diqqəti öz ölkələrindən yayındırmağa cəhd etdiklərini vurğulayaraq deyib: "Artıq sona yaxınlaşan 2016-cı ilin bütün dünyada ən çox müzakirələr doğuran mövzularından biri 50-yə yaxın ölkədən olan 200-dək az və ya çox dərəcədə məşhur şəxsin adının keçdiyi "Panama vərəqləri" olub. Bu müzakirələr hələ də davam edir və yəqin ki, tezliklə bitməyəcək. Ortaya çıxdığı ilk gündən bəri ciddi maliyyə cinayətlərini, nəhəng miqyaslı vergidən yayınma hallarını əhatə edən həmin vərəqlərin verdiyi ilk və əsas ibrət ondan ibarətdir ki, dünyada şəffaflıq və əməkdaşlıq daha da artmalıdır. Şəffaflıq çox olarsa, xəlvətə çəkilib belə cinayətləri törətmək imkanları da məhdudlaşar. Lakin şəffaflıq yalnız ölkələrin, o cümlədən bizim təşkilata üzv dövlətlərin yaxın iş birliyi, bir-birilərinə qarşılıqlı yardımı və dəstəyi şəraitində mümkün ola bilər. Eyni zamanda, "Panama vərəqləri" belə bir dərs verir ki, bu araşdırmanın işığında biz mahiyyətcə oxşar olan başqa cinayətlərə qarşı da səylərimizi birləşdirməli, beynəlxalq təzyiqi gücləndirməliyik. "Panama vərəqləri"ndən yararlanaraq müxtəlif siyasi möhtəkirliklər etmək halları da mövcuddur və bunu edənlərdən biri də Ermənistandır. Biz bunu Avropa Şurasında əvvəl də, indi də Ermənistan təmsilçilərinin iftiralarla, yalanlarla, saxtakarlıqlarla dolu çıxışlarında müşahidə etmişik, yenə də görürük. Bu, əlbəttə ki, səbəbsiz deyil. Ermənistan özünü hər kəsdən daha yaxşı tanıyır və hansı rəzalətlərin içərisində olduğunu yaxşı anlayır. Onu da bilirlər ki, bu qəbil ifşaçı sənədlər ən əvvəl məhz Ermənistan gerçəkliyi ilə səsləşir".
Deputat Rafael Hüseynov adı "Panama vərəqləri"ndə hallanan konkret ermənilərdən danışaraq deyib: "Panama vərəqləri"ndə çox adlar keçsə də, tək bir nəfərə cinayətlərin miqyaslarına görə "ofşorun atası" ləqəbi verilib. Bu general-mayor Mihran Poqosyandır. Lakin Ermənistanın cinayətlərinin, dövlət səviyyəsində həyata keçirilən qanunsuzluqlarının həcmi "Panama vərəqləri"ndən qat-qat qalın dosyelərə material verir". Azərbaycan Milli Məclisinin üzvü erməni deputatların çıxışlarını və Ermənistanın cinayətkar rejiminin mahiyyətini inkaredilməz dəlillərlə ifşa edərək Avropa Şurası üzvlərinə əsl həqiqətləri çatdırib: "İstənilən "Panama vərəqləri"ni kölgədə qoyan daha müdhiş "Ermənistan vərəqləri" də var ki, onu da hər kəsin yaxşı oxuması, bilməsi vacibdir. Çünki o vərəqlər terrorizmlə, narkotik ticarəti ilə bilavasitə bağlıdır və bu bəlalara qarşı da hamılıqla mübarizə aparmağın zəruriyyəti bütün dünyanın qəbul etdiyi həqiqətdir. Ermənistan ağır iqtisadi həyat yaşayır və hər il normal həyat şəraiti axtarışı ilə minlərlə insan ölkəni tərk edir. Təsadüfi deyildir ki, Ermənistan əhalisi yalnız Avropa Şurasına üzv olduğu son 16 il ərzində 2 dəfə azalmış və bu meyil sürətlə davam etməkdədir. Bəs necə olur ki, xəzinə sürətlə boşaldığı, ölkə iqtisadi tənəzzül içərisində boğulduğu, inflyasiyanın durmadan artdığı, istehsalın yox dərəcəsində olduğu, bütün iqtisadi göstəricilər üzrə ölkənin uçuruma getdiyi halda, yüz milyonlarla xərc çəkilərək bir ucdan silahlar alınır? Haradandır bu vəsait? Hamısı çirkli pullardır bunlar! Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarının hər cür beynəlxalq nəzarətdən kənarda qalmasından istifadə edərək həmin əraziləri narkotiklərin əkilib-becərilməsi və tranziti üçün münasib məkana çevirib. Narkoticarətdən və onun tranzitindən toplanan çirkli milyonların bir hissəsi guya ölkənin müdafiə qüdrətinin artırılması pərdəsi altında külli miqdarda silahın alınmasına yönəldilir. Qalan hissəsi isə erməni xalqının qanını soran, onu qonşularla düşmənə çevirərək gələcəyini məhv edən cinayətkar iqtidarın və onun havadarlarının cibinə axır. Vergidən yayınma cinayətdir, bütün bu hallara qarşı mütəşəkkil və müştərək mübarizə vacibdir.
Lakin "Ermənistan vərəqləri"nin ortaya qoyduğu acı həqiqətləri görməzliyə vurmaq, onlara qarşı qətiyyətli mübarizə aparmamaq, belə halları sonacan faş etməmək özü də bir cinayətdir". Son olaraq deputat Rafael Hüseynov Avropa Şurasını cinayətkar Ermənistan rejiminə qarşı qəti tədbirlər görməyə çağıraraq deyib: "Artıq Ermənistandakı mütərəqqi qüvvələr uzun müddətdir ki, bütün bu hallara qarşı meydanlarda etirazını bildirir. Bəs "Panama vərəqləri"ndən qat-qat qorxulu və faciəli "Ermənistan vərəqləri"ni ifşa edən Avropa Şurasının səsi nə zaman çıxacaq?!".
Azərbaycan nümayəndəsinin çıxışı maraqla qarşılanıb.