İmtahan oyunu, rüşvət, anarxiya: Dillər Universitetinin tələbələri üsyan edir - Təcili

İmtahan oyunu, rüşvət, anarxiya: Dillər Universitetinin tələbələri üsyan edir - Təcili “Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbələri adından yazıb xahiş edirik ki, bizə dəstək olasınız, yazdıqlarımız ictimailəşdirilsin. Bildiyiniz kimi universitetimizdə dövlət imtahanı əvvəlki rektor Səməd Seyidov tərəfindən ləğv edilmişdi və biz universitetə qəbul olanda imzaladığımız müqavilədə belə bir yazı olmayıb”.

Bunu ADU tələbəsi Şəbnəm Ağayeva Feysbukda yazıb. Onun sözlərinə görə, imtahanda hər biri cəmi bir sualdan ibarət 8 fənn nəzərdə tutulub: Həmin 8 fənn üçün 720 geniş mövzu ayrılıb. Eyni zamanda 4 il ərzində bu barədə heç bir məlumatımız olmayıb. Ən əsası Təhsil Nazirliyi tərəfindən, Elmi Şuranın qərarı ilə qəbul olunduğu deyilən bu qərarın məhz bu il qəbul olunmasını əsassız qəbul edib, hər birimiz buna etiraz edirik.

Son olaraq ümumi tələbələr adından qərarın ləğvi barədə yenidən düşünülməsini və ən azından bu ilin tələbələrinə güzəşt olmasını tələb edirik”.

ADU tələbələrinin üsyan etməsinin təkcə səbəbi bu məsələ deyil. Bu təhsil ocağında yeni rektorun qaydaları rüşvətin məbləğini fantastik edib.

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevin universitetdə gördüyü işlərlə bağlı ilginc məlumatlar yayılıb.

Bu haqda bakupost.az-a daxil olan məlumata görə, sabiq rektor, deputat Səməd Seyidov tərəfindən vaxtilə "qələmi qırılmış” Ə.Abdullayevin ADU-da iqtidara gəlişi keçmiş dekanın əl-qolunu əməlli- başlı açıb. O, universitetdə ciddi "islahat”lara başlayıb.

Ə.Abdullayevin "narıncı inqilabı” ilk dövrlərdə birbaşa S.Seyidova qarşı jestlərlə müşayiət olunub.

Rektor xələfinin işdən qovduğu kadrları yenidən ADU-ya qaytarıb, kadr islahatlarında anti-seyidovçu qruplaşmanı gücləndirib və yanına alıb, üstəgəl elmi şura iclaslarında gözlənilmədən təyinatlar verib, dekan və kafedra müdirləri təyin edib.

Hazırda bu şəbəkənin formalaşması nəticəsində ADU artıq "Kooperasiya”, "ABU, "Təfəkkür”, "Bakı Biznes” kateqoriyalı təhsil müəssisələrinin gününə düşməkdədir.

Rektorun yaratdığı mühit universitetdə semestr imtahanlarının keçirilmə mexanizminə ciddi təsir edir.

Ulus.Az xəbər verir ki, dövlət imtahanı, rüşvət kimi hallar ciddi narazılıq doğurub. Xarici Dillər Universitetində imtahanın qiymətləri 3000-5000 manat civarında dəyişir.

Fanastik rəqəmdir. Yəqin ki, kimsə buna inanmayacaq. Çünki bu dövrdə hansı tələbə 3000 manat semestrdə pul xərcləyər deyə soruşa bilərsiniz.

Amma inanın ki, tariflər belə müəyyən edilib və tələbələr arasında da xeyli sayda uşaq var ki, həmin məbləği gətirib verirlər. Adam dəhşətə gəlir ki, valideyn də buna etiraz eləmir və təxminən işlənmiş ortabab bir maşının pulunu imtahanda xərləyirlər.

Müəllimin sözlərinə görə, ADU-da bir neçə il qabaq 10 milyonlarla manat vəsaitin mənimsənilməsi faktının sirri indiyə qədər açılmayıb və ola bilsin ki, semestrlərdən yığılan pullar oğurlanan həmin maliyyənin yerini doldurmağa yönəldilir.

Oxşar xəbərlər