Bakı Biznes Universitetində (BBU) təhsil alan tələbələr buranı özəl təhsilimizin üz qarası adlandırırlar. Əslində, tələbələrə bu fikirdə haqq qazandırmaq olar. Çünki özəl təhsil sektorunda müşahidə edilən çoxsaylı problemlərin əsas yaradıcılarından biri də məhz BBU-dur. 1993-cü ildən fəaliyyət göstərən təhsil müəssisəsi 21 il ərzində təhsilimizin inkişafına heç nə ilə yardım edə bilməyib. Əksinə, universitetdə qeydə alınan xoşagəlməz hadisələr təhsil sisteminə sarsıdıcı zərbə vurub. Diqqətinizə çatdırmaq istərdik ki, İbad Abbasovun rektoru olduğu universitetin adı qalmaqallı olaylardan əskik olmur.
ABU-nun yolu ilə
Ötən illərdə məlumat yayıldı ki, Bakı Biznes Universitetinə testdən kənar yollarla onlarla tələbə qəbul edilib. Çox təəssüf ki, rektor dayaqlarının köməyi ilə barəsində yazılanların «yalan» olduğunu sübut edə bilib. O söyləyib ki, rəhbərlik etdiyi təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) imtahanlarından kənar bir nəfər belə qəbul edilməyib. Bəziləri rektorun səmimiyyətdən uzaq açıqlamasına inansa da, biz inanmadıq. Çünki qısa araşdırmalar nəticəsində universitetə hər il TQDK tərəfindən ayrılan plan yeri ilə tələbələrin sayının uyğun gəlmədiyini müəyyən etmək elə də çətin iş deyil. Rektor nə qədər özünü müdafiə etməyə cəhd göstərsə də, xeyri yoxdur. Belə ki, Bakı Biznes Universitetinin adı artıq reytinqi aşağı olan ali məktəblərin sırasına düşüb. və çox güman ki, hələ uzun illər aşağı reytinqli universitet olaraq qalacaq. Müxtəlif yerli təhsil təşkilatlarının keçirdiyi sorğularda universitetin adı həmişə alt yerlərdə qərarlaşır. Bu təhsil ocağı bizə daha çox hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetini (ABU) xatırladır. Təhsil Nazirliyi ABU-nun lisenziyasını ləğv etsə də, İbad Abbasov bundan nəticə çıxarmır.
İsti mövsümə “tərləyib” gedin
Rektor İbad Abbasov tələbələrə imkan yaradıb ki, isti mövsümdə “tərləyib” istirahətə getsinlər.Təhsil ocağında əyanilərlə qiyabilərin imtahan, qayıbların, semestr və diplom işinin ayrıca qiyməti .Bakı Biznes Universiteti yay bazarlığını açıq elan edib. Rektor İbad Abbasov ali məktəbin tələbələrinə geniş imkan yaradıb ki, bu isti mövsümdə “tərləyib” istirahətə getsinlər.Əldə etdiyimiz məlumata görə, Bakı Kooperasiya, Təfəkkür kimi universitetlərlə adı eyni cərgədə çəkilən sözügedən təhsil ocağı əsl kommmersiya məkanıdır.Elə adından bəlli olduğu kimi – Bakı Biznes Universiteti bizneslə məşğuldur. Bu biznesdən hər semestrdə gəlir götürən İ.Abbasov rektordan daha çox varlanmış oliqarx təəssüratı oyadır.Adamda elə təsəvvür yaranır ki, sanki ali məktəbdə alver rəsmiləşdirilib və artıq çoxluq buna adi hal kimi baxır. Rektor İbad Abbasov tələbələrin hesabına külli miqdarda gəlir əldə etməklə tək özünü yox, bəzilərini də yemlədiyini yaxın çevrəsində bəyan edir.
Yay bazarı
Beləliklə, 1993-cü ildə yaradılan, hazırda mühasibat uçotu və audit, menecment, marketinq, iqtisadiyyat, sənayenin təşkili və idarə edilməsi, biznesin idarəedilməsi, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, dünya iqtisadiyyatı, tərcümə (ingilis dili) və bank menecmenti ixtisasları üzrə mütəxəssis hazırlayan Bakı Biznes Universitetində imtahatlar zamanı «5» almağın müşkül məsələ olduğunu iddia edən mənbənin sözlərinə görə, adıçəkilən ali təhsil ocağında əla qiymətin kimin alıb, kimin almayacağını rektoratlıq müəyyən edir:«Deyilənlərə görə, imtahanlar zamanı Bakı Biznes Universitetində vurhavur başlayır. Belə ki, «3», «4» və «5» qiymətin hərəsinin özünün ayrıca «haqqı» var. Bildirilir ki, infilyasiya, bazarlarda ərzaq mallarının qiymətlərinin artması, hətta dolların məzənnəsinin artıb azalması da imtahanlara öz təsirini göstərir.Bu səbəbdən bu il universitetdə imtahan qiymətlərinin bahalaşdığı qeyd olunur. Düzdür, hələlik rektoratlıqdan bununla bağlı bir söz deyilməsə də, lakin «starısta»lar vasitəsilə qiymətlərdə yeniliyin olduğunu çatdırıblar.Odur ki, deyilənlərə görə, bu semestr hər tələbə imtahanları yola verməkdən ötrü 500-700 manat civarında pul verməli olacaq. Halbuki ötən ilin bu vaxtı tələbələr semestri daha ucuz qiymətə başa vurublar.Əksər hallarda tələbələr imtahanlardan keçmək üçün sinif nümayəndələri vasitəsilə dekanlara yol tapırlar. Təbii ki, bu zaman tələbə əməlli-başlı «tərləməli» olur».Bakı Biznes Universitetinin tələblərinin bir çoxunun imkanlı şəxslərin övladı, eyni zamanda müxtəlif vəzifələrdə çalışan məmurlar olduğunu vurğulayan məlumatlı şəxs qeyd edir ki, məhz onların hesabına adıçəkilən ali təhsil müəssisəsinin rektoru İbad Abbasov külli miqdarda gəlir əldə edib.
“Kişi sözü”
Təbii ki, mediada haqqında yazılan tənqidi məqalələr İbad Abbasovu bərk narahat edir. O müxtəlif yollarla müstəqil media orqanlarına təsir etməyə çalışır. Bu alınmadıqda başqa üsüllara əl atır.
Əgər Bakı Biznes Universitetində həmin media orqanlarının əməkdaşlarının hansınınsa qohumu varsa və bunu aşkara çıxararsa dərhal hədə-qorxu başlayır. Tələbəyə təsir edilir, qiymətləri əla oxusa belə kəsilir, gözüm-çıxdıya salınır.
“Gündəlik BakI” qəzetində son dövrlər dərc olunan yazılardan təşviş keçirən İbad Abbasov təhsil ocağında qohumu jurnalist olan tələbələrin “ovu”na çıxıb. Belə tələbələrdən (adını hələ ki açıqlamırıq) birinin xəbər portalımızın əməkdaşının yaxını olduğunu öyrənən rektor rayondan dərhal valideynlərini çağırtdırıb. Onların qarşısında tələb qoyub ki, məqalələr saytlardan yığışdırılsın. İbad Abbasov anlamayıb ki, “Gündəlik Bakı” müstəqil qəzetdir, uzun illərdir ayrıca fəaliyyət göstərir.Bir media o biri mediaya necə təsir edə bilər? Rektor əvvəlcə 050 310-26-26 nömrəli telefonla tələbənin yaxını olan yazarla əlaqə saxlayıb, deyib ki, yaxını olan tələbə çox savadlıdı, yaxşı oxuyur, Avropa ölkələrindən birinə tələbə mübadiləsi ilə gedəcək ,kişi sözü verirəm və sair. Sonra yenə tənqidi məqalələrin “Gündəlik-Bakı” dan çıxarılmasını istəyib.Yazar ” savadlı” rektora anladıb ki, başqa mətbu orqana nəyisə etməyi göstəriş verə bilməz. Belə bir qayda yoxdur.
Bundan sonra İbad Abbasov hər vəhclə tələbəni sıxışdırıb, Avropaya getməsin əngəlləyib, hətta universitetdən xaric olunacağını deyib.
Görəsən rektor bununla Prezidentin gənclər siyasətinə qarşı getdiyini, qanunları pozduğunu bilirmi? Görəsən Mikayıl Cabbarov təhsilimizin tiranına, üz qarasına çevrilmiş rektor haqda nə vaxt ölçü götürəcək.
Xəbər portalımızda İbad Abbasovla bağlı davamlı araşdırmalarımız olacaq. Bizi İzləyin.İdeologiya.az
P.S. Kişi sözünü ,nər kişilər tutar cənəb rektor.