Nazirlər Kabinetində ixtisarlar başladı - 59 nəfər işsiz qaldı

Nazirlər Kabinetində ixtisarlar başladı - 59 nəfər işsiz qaldı Nazirlər Kabineti Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçilərinin sayının 145 nəfərdək azaldılmasına dair qərar qəbul edib

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

“Qərara əsasən, Azərbaycan prezidentinin “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında”, “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanlarının icrasını təmin etmək məqsədi Nazirlər KabinetiDövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçilərinin sayını 204-dən 145-dək azaldıb”, – deyə Nazirlər Kabinetindən bildiriblər.

Bununla yanaşı, Xidmətin Mərkəzi Aparatının işçilərinin sayı 75-dən 100-dək artırılıb.

Oxşar xəbərlər