Xəbər verdiyimiz kimi, Bakıda yeni kitab mağazası açılıb.
Açılış mərasimində çıxış edən xalq yazıçısı Çingiz Abdullayevin çıxışı birmənalı qarşılanmayıb.
Xalq yazıçısı müasir gəncləri və cəmiyyəti kəskin tənqid edib. O Azərbaycan xalqının kitab oxumadığını deyib.
Çingiz Abdullayev həmçinin deyib ki, torpaqları da ermənilər almayıb, azərbaycanlılar özləri torpağı qoyub qaçıb.
Xalq yazıçısı daha sonra qeyd edib ki, tarixdə heç bir rüşvətxor məmur, deputat, şah qalmır, yalnız xalqı üçün nəsə edən şəxslər qalır. O Nəsimini, Füzulini misal kimi göstərib.
Qeyd edək ki, Çingiz Abdullayevin bu çıxışı sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.
Həmin çıxışı təqdim edirik: