“Porşe” markalı avtomobillə 2 uşaq anasını vurub öldürən 14 yaşlı yeniyetmə ölkə gündəmini silkələyib
Məmur və biznesmen övladlarının harınlığı yenidən aktual mövzuya çevrilir.
Əldə etdiyimiz məlumata görə, hakimiyyət və ölkə rəhbərliyi bu məsələdən ciddi şəkildə qəzəblənib.
Prezident İlham Əliyevin növbəti müşavirədə məmurlara və milyonçulara xəbərdarlıq edəcəyi gözlənilir.
Prezidentin övladı Heydər Əliyev heç zaman hansısa hərəkəti, bahalı maşınla avtoxuliqanlığı olmayıb.
Prezident övladı həmyaşıdlarına bir nümunədir. Əgər ölkə rəhbərinin oğlu belə hərəkətlərə yol vermirsə, hansısa biznesmenin oğlu hardan bu hüquqsuzluq statusunu qazanıb? Kim ona imkan verib ki, belə özbaşınalıqlar etsin?
Məlumata görə, müşavirədə bu məsələyə ciddi təpki olacaq və məmurlara, iş adamlarına sərt mesajlar veriləcək.
Bildirək ki, iş adamı Füzuli Fərəcov oğlu Ağaəli Fərəcovun “Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə Xəyalə Məmmədovanı öldürüb.
Ulus.Az-ın xəbərinə görə, Azərbaycanda məmur və varlı balaları isə təkcə öz həyatlarını qaraltmırlar. Onların qudurğanlıqları ailələri başsız, bir çox hallarda çörəksiz qoyur.
Həddini aşmış və gözü dönmüş uşaq valideyni üçün də potensial təhlükədir. Narkotikə meyl edibsə, yaxın ətrafını da buna yoluxdurur.
Problemin həllini qudurğan uşağını ölkədən çıxarmaqda görən valideyn tezliklə yanıldığını anlayır. Çünki bu uşaq xarici ölkədə də Azərbaycanın adını batırmaqla məşğul olur.
Belələləri atalrının oğurladığı milyonlar hesabına aldıqları “Gelandewagen”ləri, “Lamborghini” və ya “MacLaren”ləri hamının gözünə soxmaqda heç utanıb-eləmirlər.
Üstəlik Bakının yollarında saatda 220 kilomer saatla şütüdüklərini hamıya sübut etmək üçün spidometrin göstəricisini də çəkib sosial şəbəkələrdə yayırlar.
Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu cür qudurğan məmur övladları haqda danışıb və onlara qəti xəbərdarlıq edib.
Prezident belələrinə görə məsuliyyəti atalarının daşıyacağını və onların işdən çıxarılacaqlarını, sərt cəzalanacaqlarını demişdi.
Belə görünür ki, qudurğan balalar ataları işdən çıxarılandan sonra da puldan korluq çəkmirlər və əvvəlki kimi arxayındırlar.