Qənirə Paşayeva: “Qudurğan həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksinə, nifrət yaradır”
Bakıda iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağəli Fərəcovun (əslində onun 14 deyil, 16 yaşı olduğu bildirilir, sadəcə atası oğlunun məsuliyyətini azaltmaq üçün bu saxtakarlığa əl atır-red.) dəyəri 200 min manata yaxın olan “Porsche” markalı avtomobillə 2 uşaq anasını vuraraq öldürməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Əksəriyyət bu hadisəyə görə ilk olaraq ona avtomobil verən ailəni, daha sonra isə 14 yaşlı uşağın şəhərdə avtomobil idarəetməsinə göz yuman cavabdeh qurumları qınadılar.
Bəs 14 yaşlı Ağəli Fərəcov kimdir?
Sosial şəbəkələrdə yayılan foto və informasiyalardan belə aydın olur ki, Ağəli Fərəcovun yaşam tərzi heç də normal həmyaşıdlarının həyatına bənzəməyib. Onun böyük miqdarda pul, bahalı avtomobillərlə, qəlyan çəkərək və digər bu kimi formalarda yaydığı fotolar, bunu deməyə əsas verir. Bildirilir ki, onun bu cür qaydaları pozaraq avtomobil idarəetməsi ilk dəfə deyil. Ümumiyyətlə, 14 yaşlı Fərəcovun əsas məşğuliyyətinin “avtoş”luq etmək olduğu söylənilir. Belə ki, jurnalist Zülfüqar Xeyirxəbər hadisə ilə bağlı sosial mediada qeyd edib ki, hələ bir müddət öncə Ağəli Fərəcov idarə etdiyi avtomobil vasitəsilə onun da qarşısına çıxıb: “99 BS 999" markalı avtomobili idarə edən 14 yaşlı Ağəli Fərəcovla bu ilin qış ayında Bakıxanov qəsəbəsində qarşılaşmışıq.
Qırımızı işıqda yoluma çıxdı, güclə yayındım. Üstünə qışqırdım, arxamca sürüb, gəlib, qarşımı kəsdi”. Z. Xeyirxəbər bildirib ki, daha sonra onların arasında gərginlik yaşanıb və ətrafdakıların müdaxiləsi ilə ara sakitləşib...
Hadisə ilə bağlı xəbər yayıldıqdan sonra 14 yaşlı Fərəcovun həbs edilib-edilməməsi məsələsi də gündəmdən düşmür. Yaşının az olması onu həbsdən yayındırsa da, qanunvericiliyə görə, belə bir vəziyyətdə o, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilə bilər. Məsələ ilə bağlı ekspert Ərşad Hüseynov da sosial şəbəkə vasitəsilə qeyd edib ki, bizdə belə bir müəssisənin olub-olmamasından məlumatsızdır: “Varsa, kağızdadır, ya realdır? Maşını ona verənin təqsiri, avtomobili bilərəkdən verdiyi sübut edilsə, cəmi 180 manat inzibati cəriməsi var (İXM-in 335.3-cü maddəsi)”.
Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a bildirib ki, əslində bu uşağa heç bir cəza verilməyə də bilər: “Cinayət Məcəlləsinə baxmaq lazımdır ki, bu cür hadisələr zamanı subyekt neçə yaş götürülür. Əgər subyekt 15-16 yaş götürülürsə, həmin uşağa heç bir cəza düşmür. Hər bir cinayət əməlinin subyektinin yaş həddi var. Qəsdən adam öldürmədə bir yaş həddi, oğurluqda, zorlamada və digər cinayət əməllərində isə fərqli yaş həddi nəzərə alınır. Yəni standart yaş həddi müəyyən edilməyib. Sovet dövründə isə əksər hallarda standart yaş, 16 olaraq götürülürdü. Uşağa cəza düşərsə onu harada saxlamağa gəlincə isə Azərbaycanda azyaşlılar üzrə xüsusi əmək müəssisəsi, yəni uşaq koloniyası da mövcuddur. Hesab edirəm ki, bu uşağın yaşı az olduğu üçün subyekt deyil və ona görə də heç bir cəza verilə bilməz. Hansısa müəssisənin yerləşdirilməsinin özü də cəzadır”.
Hadisəyə deputatlar da reaksiya verdilər. Deputat Qənirə Paşayeva sosial şəbəkədəki şəxsi hesabında bildirib ki, o yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidi:
“Bir az öncə çox bahalı avtomobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və sair... Həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə ”ata-analar öz övladlarını necə bədbəxt edirlər" deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təəssüf, qınaq və hiddət hissi ilə... Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə, heç olmasa, övladınızı, onun gələcəyini düşünün! Bir uşaq əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşın pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə, övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınızı, korlamayın onların tərbiyəsini... Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksinə, nifrət yaradır. Qanunlar, hüquq öz yerində və eyni zamanda ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o “uşaq” bir ömür vicdan əzabı cəzası çəkəcək. Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur".