Zahid Oruc: “Vətəndaş maddi zənginliyə qovuşubsa, nəzərə almalıdır ki, bu, başqası üzərində hökmranlığa səbəb ola bilməz”
Mayın 3-də böyük kapitala malik iş adamı kimi tanınan Füzuli Fərəcovun azyaşlı oğlunun idarə etdiyi “Porsche” markalı avtomobillə 24 yaşlı xanımı vuraraq öldürməsi oliqarx övladlarının heç bir qayda-qanun tanımayan həyat tərzi sürmələri və nəticədə bədbəxt hadisələrə yol açıldığı problemini yenidən ictimai müzakirəyə gətirib. Sürücülük hüququ olmayan yeniyetmələrin avtomobil idarə etdikləri, ağır qəzalar törətdiyi, hətta bəzən onları saxlayan polisə tabe olmayıb polisləri təhqir edib polisə əl qaldırdıqları hallarına vaxtaşırı rast gəlirik. Bu barədə mediada məlumatlar, videomateriallar yayılır.
Ölkə prezidenti də dəfələrlə çıxışlarında məmurlara, imkanlı şəxslərə müraciət və xəbərdarlıqlar edir ki, məmur olmaq, varlı iş adamı olmaq heç kimə, heç kimin övladına, yaxınlarına harınlıq etmək, qanunları saymamaq imtiyazını vermir.
Lakin belə görünür ki, hələ də bu çağırışlardan nəticə çıxarmayanlar var. Nəticədə isə bədbəxt hadisələr baş verir, cəmiyyətdə narazılıqlar yaranır. Cəmiyyətdə belə fikirlər yaranır ki, vəzifəli və imkanlı şəxslərin övladlarının törətdikləri qanunsuz əməllərə hüquqi qiymət verilmədiyi üçün bəzilərində arxayınlıq yaranır. Cəzasızlıq mühiti yeni bədbəxt hadisələrin törədilməsinə rəvac verir.
Bu barədə fikirlərini “Yeni Müsavat”la bölüşən deputat Zahid Oruc bildirdi ki, ölkə rəhbərinin idarəçilik fəlsəfəsi məsuliyyətlilik, şəffaflıq, hesabatlılıq, abadlıq, cəmiyyətə açıqlıq, sadəlik fəlsəfəsi üzərində qurulub. Bunu hər kəs özü üçün bir nümunə götürməlidir: “Baxın, ölkə başçısının özü, ailəsi və övladları həmin xətt üzrə ötən illər ərzində Azərbaycan cəmiyyətinə necə yüksək ləyaqətlə xidmətin nümunəsini yaradıblar. 10 minlərlə insan Heydər Əliyev Fondu xətti ilə yardımlar alıb. Lakin paralel şəkildə siz virtual məkanda və digər informasiya müstəvilərində hörmətli Leyla xanım Əliyeva tərəfindən ayrı-ayrı insanlara yardım, xeyirxahlığın bölüşdürülməsi, hansısa məqamda insanlara xüsusi köməkliklərin göstərilməsi və ya Azərbaycan mənafeyinə bağlı çağırışlarda bulunması barədə informasiyalar yayıldığını da müşahidə edirsiniz. Bunlar məncə ən yaxşı nümunədir. Ölkənin birinci şəxsinin övladı bax bu cür ən yaxşı nümunə göstərir. Hər kəs bu nümunələri öz fəaliyyətində təkrar eləməlidir. Mənə elə gəlir ki, ötən illər ərzində cənab prezidentin məmurlara çağırışları məmurlar tərəfindən böyük dərəcədə qəbul olunub. Bu çağırışlara əməl olunması yönündə addımlar atılmaqdadır. Ən azı idarəetmə sisteminə bağlı qeyd olunan əvvəlki problemlər xeyli dərəcədə azalıb. Lakin təəssüf ki, cəmiyyətdə bəzən məmur olmayan imkanlı şəxslərin, varlı adamların, onların övladlarının hansısa fəaliyyətinin hakimiyyətlə əlaqələndirilməsi meyli müşahidə olunur. Xüsusilə, 14 yaşlı uşağın törətdiyi son avtomobil qəzası hadisəsində iqtidarın məsuliyyətini axtarmaq olmaz. Cənab prezident də vaxtı ilə söyləmişdi ki, əgər hansısa bir biznes adamı qanunun əleyhinə, ictimai mənəviyyat ziddinə addımlar atırsa, öz zənginliyini nümayiş etdirib başqalarının kasıblığına həqarət etdirirsə, özünə zərbə vurur. Ona görə də ümumən hesab edirəm ki, məmur etikası məsələsində Azərbaycan cəmiyyətində bərkimiş mövqelər ən yüksək şəkildə bu dövlətin siyasi beyin mərkəzi institutu tərəfindən nəzərə alınır. Məmur sistemi həddən artıq genişdir və istəmirəm ki, istənilən bir problemi ümumiləşdirilmiş şəkildə məmurlar əleyhinə çevirək”.
Deputat dedi ki, vətəndaş maddi zənginliyə qovuşubsa, nəzərə almalıdır ki, bu, başqası üzərində hökmranlığa səbəb ola bilməz: “Yaşayış minimumu müəyyənləşdirmək mümkün olsa da yaşayış maksimumu haqqında heç bir qanun, limit yoxdur. İnsanlar nə qədər istəsələr o qədər var-dövlət əldə etməyə hüquqları var. Məşhur Rokfeller dəfələrlə ürək əməliyyatına getməsinə, on dəfələrlə qara ciyərini dəyişməsinə baxmayaraq əbədi ömür hasil eləyə bilmədi, o sərvət Rokfelləri bu dünyada əbədi saxlamadı. Çünki əbədi bu dünyada qalmaq mümkün deyil. Varlı olmaq özünü öymək, kasıb olmaq başını aşağı dikmək vasitəsi ola bilməz. Bir imkanlı iş adamının övladının törətdiyi məlum hadisənin ölkədə məmurlar sisteminin əleyhinə çevrilməsini istəmirəm”.