Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi üzrə işlər başa çatdırılıb.
Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə yaradılan işçi qrupu layihənin ilkin mərhələsində 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə fərdi görüşlər keçirib, onlara individual yanaşma tətbiq olunub. Belə ki, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərinin yüksək texnologiyalı məhsulları seçilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ordumuzun yaralanmış bir qrup əsgər və zabiti ilə aprelin 3-də keçirdiyi görüşdə verdiyi tapşırığa əsasən, layihə üzrə 20 gün ərzində müvafiq işlər həyata keçirilib, hərbçilərə amputasiya olunan hərəki hissələrə protezlər quraşdırılıb. Bu müasir protezlər normal hərəkət dinamikasının təmin olunmasına imkan yaradır. İşçi qrupun mütəxəssisləri tərəfindən həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidməti həyata keçiriləcək.
Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəki uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən həyata keçirilən layihənin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasıdır.
Əsgər və zabitlərimiz onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. "Biz iki dəfə böyük sevinc yaşadıq: 2016-cı il aprel döyüşlərində strateji yüksəkliklərin işğaldan azad edilməsi zamanı və yaralandıqdan sonra yenidən tam normal həyat tərzinə qayıtmaq imkanı əldə etdikdə”, - deyən hərbçilərimiz bundan sonra da Vətən üçün daha böyük işlər görmək arzusundadırlar.
Tətbiq olunan protezlərin texniki göstəriciləri barədə:
Harmony P3 -aktiv vakuum sistemli transtibial protez
Bu protez dizaltı amputasiyalar üçün uyğun olan, Almaniyanın "Ottobock” şirkətinə məxsus Harmony P3 aktiv vakum sistemli protezidir. Harmony P3 aktiv vakuum sistemli protezin soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır. Bu neqativ təzyiq sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşmış olur. Nəticədə ayaq protezlə vəhdət yaradır, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat, güvənli hərəkət edir. Aktiv vakuum sisteminin yaratdığı neqativ təzyiqin daha bir vacib xüsusiyyəti güdülün qan dövranını yaxşılaşdırmasıdır. Bu da öz növbəsində yaralı güdüllərin tezliklə sağalmasını təmin edir.
C-leg mikroprossesor idarəetmə sistemli transfemoral protez
C-leg dizüstü amputasiyalarda geniş tətbiq olunan, Almaniyanın "Ottobock” şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. C-leg mütəxəssisləri dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq protezlə hərəkəti insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər. C-leg diz oynağının daxilindəki iki ədəd yüksək həssaslı sensor vasitəsilə hərəkət zamanı yer səthindən alınmış hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülməklə hərəkət zamanı dəyişik zəminlərə uyğunlaşmanı təmin edir.
C-leg protezinin xüsusi proqram təminatı vasitəsi ilə protezə istifadəçinin tələbinə uyğun 3 fərqli funksiya yükləmək olur. Məsələn, bu, sərbəst hərəkət, qaçış və velosiped idarə etmək funksiyası ola bilər.
6 kanallı bionik transhumeral protez – "BeBionik 3”
"BeBionik 3” yuxarı ətraf protezi İngiltərənin "RSL Steeper” şirkətinin istehsalı olub, funksionallığı və istifadə rahatlığı baxımından dünyada ən geniş tətbiq edilən bionik əl protezidir.
"BeBionik 3” əl protezində iki ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülür. İdarəetmə sisteminə daxil olan siqnallar işləndikdən sonra protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini təmin etməklə günlük praktikada istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri yaradır. "BeBionik 3” əl protezinin bilək oynağı da elektronik idarəetməli olub 360 dərəcə dönmə imkanındadır. Dirsəküstü amputasiyalarda istifadə edilən dirsək oynağı da elektronik olaraq açılıb bükülmə imkanına malikdir.
Silikon kosmetik ayaq protezləri
Silikon kosmetik ayaq protezləri aşağı ətrafın Saym, Şopart və Lisfrank amputasiyaları üçün uyğun olub, dəriyə zərərsiz və allergik təsirsiz təbii silikondan hazırlanır. Silikon kosmetik protezlər istifadəçinin dəri rəngi və ayağın anatomik qurluşuna uyğun olaraq fərdi hazırlanır. İstifadəsi və geyinilməsi çox rahatdır və görüntü olaraq təbii ayaqdan çox da fərqlənmir.