Aprelin 3-də Sankt-Peterburq metrosunda 14 nəfərin həlak olması ilə nəticələnən terror aktından sonra bu şəhərdə, ümumiyyətlə, Rusiyada miqrantlara qarşı hökumətin siyasəti daha da sərtləşib. Məlumdur ki, terror aksiyasını törədən Akbercan Cəlilov Rusiya vətəndaşlığı alsa da, iddialara görə, özünü hüquq-mühafizə orqanlarından miqrantların bazarlarında “gizlədə” bilib.
Rusiyanın Antiterror Komitəsi və terroru araşdıran digər hüquq-mühafizə orqanları iddia edir ki, yerli hökumətin bazarlarda toplaşan miqrantlarla bacara bilməməsinin nəticəsi olaraq həm terroru həyata keçirəni, həm də terror aksiyasının hazırlanmasına dəstək verənləri vaxtında ifşa etmək mümkün olmayıb.
Bu səbəbdən də artıq Rusiya telekanalları ardıcıl olaraq bu məsələni qabardır, mərkəzi hakimiyyətin də bazarlarda, eləcə də digər sahələrdə çalışan miqrantlara qarşı siyasətinin daha da sərtləşməsinə çağırışlar edilir.
Azərbaycanlılar Rusiyanın şimal paytaxtı hesab olunan Sankt-Peterburqda da əsasən bazarlarda çalışırlar. Terror aktından sonra isə bazarlarda ciddi reydlər başlayıb, bir neçə bazarın isə bağlanması gündəmə gəlib. Bildirilir ki, Sankt-Peterburqdakı “Torjkovski”, “Apraksin dvor”, “Yunona”, “Sennoy”, “Polyustrovski” və “Sofiysk” kimi iri bazarlarında minlərlə azərbaycanlı çalışır.
Terror aktından sonra isə miqrantlara qarşı ciddi yoxlamalar başlayıb. Əsasən Orta Asiyadan və Azərbaycandan olan əmək miqrantlarının işlədiyi bazarlarda hər gün xüsusi reydlər keçirilir. Sankt-Peterburqdakı azərbaycanlılardan biri “Yeni Müsavat”a bildirib ki, teraktdan sonra təkcə qırğızlar (terror aktını törədən Qırğızıstanın Oş vilayətində anadan olub-red.) və orta asiyalılar deyil, bütün miqrantlar axşamlar şəhərə tək çıxmaqdan ehtiyat edirlər, ya da zərurət olmadığı halda, ümumiyyətlə, “gözə girməməyə” çalışırlar. Mənbə bildirib ki, miqrantların qaldıqları bütün mənzillər sahə müvəkkili tərəfindən yenidən qeydiyyata alınır. “Bizə illərdir ev verən ruslar da indi qorxu içindədir. Çünki onları da mənzillərin yoxlanmasına dəvət edirlər, yəqin ki, ”bir iş olsa, səni də həbs edəcəyik" deyib, qorxudurlar da" deyə, həmvətənimiz bildirib. Onu sözlərinə görə, Moskvada da miqrantlara qarşı genişmiqyaslı xüsusi reydlər başlayıb, bazarlarda qeydiyyatlar, sənədlər yoxlanır.
Rusiya KİV-lərinin bazarlardakı miqrantlara “diqqəti” millətçi gənclərin çoxluq təşkil etdiyi Moskva və Sankt-Peterburqda miqrantların hədəfə çıxarılmasına zəmin yaradır, onların həyatını təhlükə altına qoyur. Azərbaycanlı əməkçi miqrantların sayı Rusiyada Tacikistan, Özbəkistan və Çindən gələn miqrantlarla müqayisəolunmaz dərəcədə azdır. Rəsmi rəqəmlərə görə, şimal ölkəsində 200 minə qədər azərbaycanlı əməkçi miqrant çalışır. Amma bu rəqəmin rəsmi rəqəmlərdən bir neçə dəfə çox olduğuna şübhə yoxdur.
Aydındır ki, azərbaycanlıların bir çoxu, xüsusilə də əyalətlərdə yaşayan əhalinin mütləq əksəriyyəti Rusiyada işləyən yaxınlarının göndərdikləri maddi dəstək sayəsində yaşayırlar. Rusiya bazarları bütün azərbaycanlılar üçün həyati əhəmiyyət kəsb edən bir faktordur.
Rusiyada miqrantlara qarşı qanunların sərtləşməsi prosesi hələ bir neçə il əvvəldən başlayıb, Putinin prezident kürsüsünə 2012-də qayıdışından sonra isə bu istiqamətdə qanunlar hazırlanıb və qəbul olunub. Bu isə minlərlə azərbaycanlının geri qayıtması ilə nəticələndi. Təsadüfi deyil ki, aprelin 5-də açıqlanan statistikaya görə, Rusiyadan Azərbaycana pul köçürmələri 2016-cı ildə 739 mln. ABŞ dolları təşkil edib. Bu, 2015-ci ilin yekunu ilə müqayisədə 87 mln. dollar və ya 10,5% azdır. Ötən il Azərbaycana həyata keçirilən hər bir köçürmənin orta məbləği 354 dollar təşkil edib. Bu isə əvvəlki ilin analoji göstəricisinə nisbətən 100 dollar və ya 22% azdır. Qeyd edək ki, Azərbaycandan Rusiyaya köçürmələr illik müqayisədə 85 mln. dollar və ya 49,4% azalaraq 2016-cı ildə 172 mln. dollara düşüb.
Dünyada baş verən siyasi, iqtisadi proseslər, eyni zamanda terror təhlükəsi dünya ölkələrini, o cümlədən Rusiyanı müxtəlif təhlükəsizlik tədbirləri görməyə vadar edir ki, bu da təbiidir. Amma son terror aksiyası Kreml rəhbərliyinin imicinə ciddi zərbə vurub ki, mərkəzi hakimiyyət və rəsmi təbliğat bunu miqrantların üzərinə “qoymağa” çalışır.
Üstəlik, son aylar Rusiyanın Azərbaycana qarşı münasibətlərində də bir müəmma hiss edilməkdədir. Məsələn, bir neçə həftədir ki, Azərbaycandan gedən məhsullar Dağıstan sərhədində “ilişib”. Azərbaycanlıların ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə müraciət göndərib. Bunların fonunda da bazarlarda azərbaycanlıların da “təhlükə” kimi görünməsi prosesi başlayıb.
Rusiyanın “miqrant kartı”ndan təkcə Azərbaycana deyil, digər MDB ölkələrinə qarşı da istifadə etdiyi sirr deyil. Çünki istənilən halda miqrantların evə qayıtması dünyanı bürüyən iqtisadi böhrandan çıxmağa çalışan MDB ölkələri, o cümlədən Azərbaycan üçün “əlavə yük” və sosial gərginlik yarada bilər...
“YM”