Yol polisi tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun maşınının qanunsuz olaraq cərimə meydançasına salıb.
"Qaynar" xəbər verir ki, bu barədə Tofiq Zülfüqarov özü Facebook səhifəsində yazıb. Bildirib ki, martın 1-də axşam saatlarında Mərdəkandan şəhərə dönərkən H.Əliyev prospektində xoşagəlməz bir hadisə ilə üzləşib:
“Belə ki, H. Əliyev prospekti ilə öz maşınımla şəhərə doğru hərəkət edərkən arxadan hansısa bir maşın gah maşının güclü uzaqvuran işıqları ilə görmə qabliyyətinə mane olaraq gzümü kor edərək əsəbi- isterik bir vəziyyət yaradıraq məni ötməyə cəhd edirdi. İmkan düşən kimi mən ona ötüş əməliyyatına şərait yaratdım. Bundan sonra məni ötən avtomobil sürətini azaldaraq, sanki tələsməkdən vaz keçdi. Qeyri-müəyyən səbəblərdən yol sürət saatda 120 km/saat olduğu bir halda məni ötən avtomobil sahibi tormoz etdi. Başa düşdüm ki, qarşımdakı adekkvat hərəkətlərə malik olmayan, aqressiv bir avtomobil sahibidir”.
T. Zülfüqarov əlavə edib ki, bundan sonra yenidən ona işarə edərək, ötüş əməliyyatını həyata keçirərək magistraldakı sağ cərgədə yer aldım. “Bundan sonra o, yenə məni ötərək qabağa getdi. Və hadisələr budan sonra tamamilə başqa məcrada inkişaf etdi” - deyə, sabiq nazir qeyd edib.
O deyib ki, yol patrul xidmətinin maşını məni saxlayaraq yol hərəkət qaydaalrını pozduğumu bildirdi. “Məlum oldu ki, mənim saxlanmağım barədə göstərişi bir az öncə yolda başıma oyun açan hansısa rütbəli məmur olub. Düzdür, yol polisi əməkdaşları çox hörmətlə mənim sənədlərimi yoxladılar, daha sonra içkili olub-olmamağımla bağlı test etdilər. Və gördülər ki, hər şey qaydasındadır və mən də içkili deyiləm”- deyə, o, vurğulayıb.
Yoxlamadan sonra yol polisləri T. Zülfüqarova deyiblər ki, məhz həmən maşındakı Bakı Baş polis idarəsinin hansısa generalı olub:
“Sənədlərin və hər hansı qayda pozuntusunun olmadığına əmin olan polis maşını cərimə meydançasına aparacaqlarını bildiriblər. Səbəbini soruşduqda – dedilər ki, əmrdir. Sizin avtomobil cərimə meydançasına aparılmalıdır. Çünki hansısa formada qayda pozuntusunu qeyd edə bilmirlər. Hətta, buna görə də mənə polis protokol təqdim etmədi. Mən onların əmrinə tabe olaraq maşını cərimə meydançasına qoyandan sonra, məni evə gətirdilər”.
T Zülfüqarov onu da qeyd edib ki, adı bəlli olmayan generala anında ötüş əməliyyatını həyta keçirməsinə imkan vermədiyimə görə yaxşı ki, məni ailə üzvlərinin yanında güllələmək əmri verməyib:
“Baxmayaraq ki, prezident Heydər Əliyev tərəfindən 1998-ci ilin yanvarın 15-də verdiyi diplomatik ranq general ranqından da yüksəkdir. Ancaq heç zaman bundan nə üçünsə istifadə etmədim”.