Borcu ödəmək üçün 726 kq qəpik topladı - VİDEO

Borcu ödəmək üçün 726 kq qəpik topladı - VİDEO Amerikanın Lebanon şəhər sakini Nik Stafford vergi borcunu yerli departamentə əl arabasında doldurduğu çoxlu sayda qəpiklərlə ödəyib. Modern.az saytı xəbər verir ki, AzNews.az-ın məlumatına görə, Stafford bununla yerli məmurlara dərs vermək istəyib.

Amerikalı uzun müddət ailəsi üçün aldığı 2 avtomobilin vergisini necə ödəyəcəyini öyrənməyə çalışıb. Lakin vergi məmurları onu düzgün məlumatlandırmayıblar. Ona lazımi mütəxəssislərin telefon nömrələrini bildirməyiblər. Məmurlarla bir neçə aylıq mübahisədən sonra, o, məhkəməyə müraciət edib.

Məhkəmə prosesinin gedişatında Virciniya ştatının baş prokurorunun köməkçisi tələb edilən nömrələri şikayətçiyə təqdim edib, bundan sonra məhkəmə prosesi dayandırılıb.

Amma Stafford bununla dayanmayıb. O, öyrənib ki, yeni alınmış avtomobillərə 3 min dollar vergi nəzərdə tutulub. Amerikalı bankda bu pulu xırda qəpiklərə çevirərək, əl arabasına dolduraraq departamentin ofisinə gətirib.

Qəpiklərin çəkisi 726 kq olub. Əməkdaşlar bu qədər qəpiyi saymaq üçün 7 saat vaxt sərf ediblər.



Oxşar xəbərlər