Şairdən müğənniyə etiraz: Kərbəlaya yox, kitabxanaya get, manıs

Şairdən müğənniyə etiraz: Kərbəlaya yox, kitabxanaya get, manıs Gənc şair Şəhriyar Del Gerani Kərbəlada videosunu paylaşan İzzət Bağırovu kəskin tənqid edib.

Sosial şəbəkədə İzzətin fotosunu paylaşan şair yazıb: "Manıs dostumuza təklif edirəm qayıdanbaş yolunu Axundov kitabxanasından da salsın. Düzdü, Axundov dinsiz olub, kafir olub, di gəl orda Azərbaycan dilinin orfoqrafiyası ilə tanışlıq üçün xeyli kitablar var. Özü də pulsuz verirlər oxumağa. Ciddi sözümdü. Açığı, bilmirəm kitabxananın yerini necə nişan verim. Tərslikdən yanında nə yanacaqdoldurma məntəqəsi var, nə də şadlıq sarayı. Zarafatsız, çox yox, bir namaz vaxtı ayırıban heç olmasa "nanay-ninay" oxuyub pul qazandığı doğma dil ilə yaxından tanış olsa, pis olmaz düşünürəm.

Şair daha sonra sözlərinə belə davam edib: "Bir də manıs dostumuz fərqində deyil ki, bu danqıldayan təfəkkürlə, bu hüdudsuz nadanlıq ilən qapı-qapı düşüb üz tutduğu Allah onu heç vaxt başa düşməyəcək. Əl-qətiyyən vəl-əşədənbillah..."

Şəhriyarın bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.




Şairdən müğənniyə etiraz: Kərbəlaya yox, kitabxanaya get, manıs

Oxşar xəbərlər