Əməliyyat keçirilib
Bakıda növbəti dəfə bankın qarət olunmasının qarşısı alınıb.
ANS PRESS xəbər verir ki, 49 yaşlı Elxan Hüseyn oğlu Məsimov banklardan birində həyəcan siqnalının işə düşməsi nəticəsində hadisə yerinə gələn mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılaraq istintaqa təhvil verilən Elxan əvvəlcə polisi taksi fəaliyyəti ilə məşğul olmasına və gecə vaxtı bankın ətrafında düşürdüyü müştərisini axtardığına inandırmağa çalışıb. Dediklərinin inandırıcı olmadığını görəndə isə olanlara düzgün danışmaq qərarına gəlib.
Məsimovun sözlərinə görə, oğurluğu qaynı Kamran adlı şəxslə planlaşdırıb. Bankın binasında yerələşən bankomatı qarət etmək istəyən Kamran hadisə yerindən qaçaraq gizlənə bilib.
Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.