İnfarkt olacağınızı 1 ay əvvəldən necə bilmək olar?

İnfarkt olacağınızı 1 ay əvvəldən necə bilmək olar? Önəmli olan diqqətli olmaq və müşahidə etməkdir

Yaşadığımız dövrdə ən əsas erkən ölüm səbəblərindən biri də infarktdır. Gərgin həyat tərzi, qeyri-sağlam qidalar qəbul etmək, xroniki yuxusuzluq... Biz özümüz bəzən günü-gündən daha geniş yayılan və daha təhlükəli olmağa başlayan bu xəstəliyin inkişafına şərait yaradırıq.

Ancaq bu yazıda sağlam həyat tərzi yaşamaq və az əsəbiləşmək haqqında deyil, bu xəstəliyin əlamətləri barədə söhbət gedəcək.

İnfarkt olacağınızı 1 ay əvvəlcədən bilmək olarmı? Bəzi əlamətlər yaxınlaşan təhlükə barədə sizi 1 ay öncədən xəbərdar edə bilər. Bəz hansı əlamətlər həyəcan siqnalı kimi qəbul oluna bilər? Bu əlamətləri bilməklə siz lazımi tədbirlər görərək infarktın qarşısını ala bilərsiniz.

Yorğunluq

Arteriyalar daraldıqda ürək həmişə olduğundan daha az qan qəbul edir. Bu da qan dövranı sisteminin fəaliyyətini pozur. Bu problemin ilkin əlaməti isə daimi yuxululuq və tam yorğunluq hissidir.

Nəfəs daralması

Ürəyiniz kifayət qədər qan qəbul edə bilmirsə, bu o deməkdir ki, sizin ağciyərləriniz almağa vərdiş etdikləri oksigen miqdarını ala bilmir.

Bu iki sistem bir-birindən olduqca asılıdır. Biri digərindən ayrı normal fəaliyyət göstərə bilmir. Belə ki, əgər normal nəfəslə bağlı probleminiz yaranıbsa, təcili surətdə həkimlə məsləhət edin.

Zəiflik

Əgər bütün bədəninizdə zəiflik hiss edirsinizsə, bu o deməkdir ki, sizin arteriyalarınızda çox az qan vardır. Əzələləriniz lazımi miqdarda oksigen və qidalandırıcı maddələr qəbul edə bilmir. Buna görə də əgər hər hansı səbəb olmadan özünüzü huşunuzu itirəcək kimi hiss edirsinizsə, bu artıq özlüyündə ürək-damar sistemi ilə bağlı həyəcan siqnalı sayıla bilər.

Başgicəllənməsi və soyuq tər

Beyinə qan axınının çatışmazlığı həyat üçün olduqca təhlükəlidir. Əgər bütün bədəninizi soyuq tər basırmış kimi hissiyat varsa və tez-tez başınız gicəllənirsə, siz bu əlamətləri sadəcə olaraq gözardı edə bilməzsiniz.

Sinədə təzyiq

Əgər sinənizdə həddindən artıq təzyiq hissi, bu bölgədə narahatlıq kimi əlamətlər yaranırsa, bu əsla yaxşı hal deyil. Bu əlamətlər zamanla daha tez-tez təkrarlana və sizə daha çox narahatlıq yaşada bilər. Əgər bu əlamətləri gözardı etsəniz, infarktla qarşı-qarşıya qalma riskiniz böyükdür.

"Şaxta" sindromu

Əgər sizdə periodik olaraq (vaxtaşırı) səbəbsiz yerə qrip əlamətləri yaranırsa, bu, yaxınlaşan infarkt barədə xəbər verə bilər. İnfarkt keçirən bir çox insanlar infarktdan bir neçə gün əvvəl izah edilməsi mümkün olmayan "soyuq" hissi keçirdiklərini və "donduqlarını" qeyd ediblər.

Bununla necə mübarizə aparmaq olar?

Əgər bu əlamətləri şəxsən yaşadığınızı hiss edirsinizsə və ya yaxınlarınızdan kimsə bunları yaşayırsa, təcili olaraq həkimə müraciət edin. İnfarktın qarşısını almağın ən yaxşı üsulu onun erkən mərhələdə əlamətlərini aşkar etmək və profilaktik müalicəyə başlamaqdır.

Oxşar xəbərlər