Yol polisi Qarabağ əlillərini ziyana salıb
3 ildir Qarabağ əlilləri 3 min dolara aldıqları “əlil avtomobili”nin məhv edilməsinə görə dəyən ziyanın ödənilməsinə nail ola bilmirlər. 3 ildir əlillərin şikayətləri Baş prokuroluqdan, DİN - dən Bakı Şəhəri Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinə göndərilir və oradan da “dedğım dedığdır” deyib dururlar...
04 dekabr 2013 - cü ildə DİN-in 1-ci qrup Qarabağ əlili Marif Ağamalı oğlunun başqa əlildən 3 min dollara aldığı ZAZ SLAVUTA markalı 90 - HX -384 nömrəli “əlil avtomobili” Yeni Günəşli qəsəbəsindəki “Kafe 058”-in yanında xarab olub və o maşını yolun kənarında saxlayıb, orada taksi fəaliyyətilə məşğul olan Qarabağ əlillərinə maşına baxmağı tapşırıb, usta dalınca gedib. Bu çağ maşını arxadan, dayanan yerdə 10-CK -200 nömrəli “NİSSAN-X-TRAİL” markalı avtomobil arxadan vurub yarasız hala saldığından əlillər olay yerinə yol polisini çağırmalı olublar. Suraxanı yol polisinin Tahir İsgəndərov adlı əməkdaşı ziyan vuran Nissanın “Kasko” sığortalı olduğunu deyib, dəyən ziyanın ödəniləcəyinə söz verib. Ona inanan əlillərə protokol tərtib edilməsinə, avtotexniki ekspertiza keçirilməsinə, sürücünün alkohol testindən keçirilməsinə ehtiyac olmadığını bildirən yol polisi qəzadan 8 gün keçməmiş məhkəmə yolu ilə qəzaya və maşına aidliyi olmayan, xaricdə müalicəyə ehtiyacı ola, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini aparan Qarabağ əlili Xaliq Abbaszadənin 400 manat cərimə olunması haqqında qərar çıxarılmasına nail olub. İndi 3 ildir “əlil maşını”na dəyən ziyanı nə 10-CK-200 - ün sürücüsü Fərid Zakir oğlu Hüseynov könüllü ödəyir, nə də polis, prokurorluq bunu ona məcbur etdirir. Əlillərə qarşı ayrı-seçkiliyə baxın: yol polsi artıq olay yerinə gəlməmiş ziyan vuran maşının sığortalı olduğunu müəyyən edib (?), sürücünü alkohol testindən keçirməyib , amma hadisəyə aidliyi olmayan Qarabağ əlilini alkohol testindən keçirib, “əlil maşını” dayandığı yerdə arxadan vurulub “metallomluq” edildiyi halda vuran maşın yox, “əlil maşını” cərimə meydançasına aparılıb. Görəsən, Fərid Hüseynov deputatdır, ya “yuxarıdan” gəlib ki, ona belə qayğı - diqqət göstərilib, “toxunulmazlıq hüququ” təmin olunub? Yoxsa, burada rüşvət amili başlıca rol oynayıb? Yol polsinin qəza ilə bağlı protokol tərtib etməsinin, iştirakçı maşınların sürücülərini alkohol testindən keçirmələrinin mütləqliyini, deputatlara qarşı hörmətsizlik faktlarını əsas tutub deyə bilərik ki, ikinci - rüşvət amili başlıca yerdədir. Özü də qanunun tələbinə görə alkohol testindən keçməyən, yaxud keçməkdən imtina edən şəxs içkili sayılır. İçkili sürücüyə isə sığorta ödənilməməsi qanunvercilikdə təsbit olunub. Yəqin elə buna görə yol polisini belə qanunsuzluğa təhrik edib, qanunsuz məhkəmə yolu olaya aidliyi olmayan Qarabağ əlilini cərimələdiblər. Özü də əlil xəstəxanada yatdığı halda, vəkil ayırmadan. Onu da vurğulayaq ki, baş prokuorun 1-ci müavini Rustəm Usubovun göstərişilə 05.09.2015-ci ildə istintaq idarəsinin rəisi Nazim Abbasov Qarabağ əlili Xaliq Abbaszadəni qəbul edib və inzibati xətalarla bağlı məhkəmə qərarlarından protest verilərəcəyinə söz verib. 9 aydır bu söz elə söz olaraq qalıb... Görünür, 10-CK-200 nömərli “Nissan”ın sürücüsünün arxası bərk bağlıdır.
Qarabağ əlillərinin şikayətləri isə bitmək bilmir. Onlar haqlı olaraq dəyən ziyanın ödənilməsini tələb edirlər. Amma nə Suraxanı rayon prokurorluğu, nə Nərimanov prokurorluğu (Fərid Hüseynov bu rayonda pasport qeydiyyatındadır), nə şəhər prokurorluğu faktla bağlı tədbir görməyə, hətta adi izahat belə almağa tələsmirlər. Polis nəsə etmək istəyir, amma deyəsən, ona da təzyiqlər var. Bu fikrimizi şikayətin hər dəfə BŞBPİ DYP İdarəsinə gönədərilməsi və oradan da rəis Nuşirəvan Səfərovun imzası ilə “DYP əməkdaşları tərəfindən normativ hüquqi aktların pozulması hallarına yol verilməsi müəyyən edilməmişdir” cavabının verilməsi qüvvətləndirir. Belə çıxır, protokol tərtib edilməməsi (halbuki protokoldan 10 gün müddətinədə şikayət etmək hüququ da qanunda yazılıb. Məhkəmənin 8 günə qərar qəbul etməsinin qanunsuzluğu buradan da görsənir), alkohol testindən keçirilməmə, avtotexniki ekspertiza təyin olunmaması normativ hüquq aktın tələbidir? (???). Maşının hadisədən öncə ölən sürücüsünün məhkəməyə verilməsi, ondan sığorta ödənişinin tələb edilməsi necə? Biz N.Səfərova bir daha bildiririk ki, əlillər dövlətin sığortalısıdır və onlara reabilitasiya amacı ilə verilən “əlil maşınları”nı da dövlət icbari sığortalamalıdır. Hətta bu maşınları nə etibarnamə ilə, nə də müqavilə ilə satmağın, nə bağışlamağın mümkünsüzlüyü yol polisinə bildirilib. Elə buna görə də əlillər bir - birinə bu maşınları sənədsiz satmağa məcburdur. Özünüz fikirləşin, əlil dünyasını dəyişib, maşın da qalıb ortada. Hansı yol qalır? Sənədsiz “centlmen alqı - satqısı”ndan başqa əlilin varisləri nə etməlidir? Maşını “metallom”a verməlidirlər?
Amma sonda maşın elə “metallom”a qismət olub. Onu “metalom”a göndərənlərsə dəyən ziyanı ödəməkdən imtina edirlər. Yəqin bu yazıdan sonra hüquq orqanları onları bu imtinadan imtina etməyə vadar edər...
Məğrur Bədəlsoy
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Politika.Az-ın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini yaymağa hazırıq