Bakıda TOPAZ-dan kütləvi imtina – İnsanlar qara bazara qaçır

Bakıda TOPAZ-dan kütləvi imtina – İnsanlar qara bazara qaçır Ölkəmizdə rəsmi mərc şirkəti kimi fəaliyyət göstərən “Topaz”dan şikayətlər hər keçən gün daha da artır.
AZXEBER.COM-un məlumatına görə, monopolist şirkətin növbəti fırıldağı Fransa – Albaniya matçı ilə bağlı olub.
Belə ki, bütün dünyada Avropa Çempionatının trend olduğu bir zamanda, TOPAZ şirkəti bu oyuna tək mərc götürməkdən imtina edib.
Belə ki, günün əsas oyununu yalnız 3-lü kuponda yazmaq mümkün olar. TOPAZ-ın bu addımı futbolsevərləri də hiddlətləndirib.
Məhz bu səbəbdən də Bakıda “qara bazar” son günlər aktivləşib. Hətta TOPAZ məntəqələrində də “gamebookers” “bwin”, “marathonbet” kim məşhur şirkətlərin əmsalları ilə kupon qəbulu artıb.

Oxşar xəbərlər