Bədəndəki bu nöqtəni masaj edib ömrü uzatmaq olar

Bədəndəki bu nöqtəni masaj edib ömrü uzatmaq olar Qədim Çin fəlsəfəsi sirlərlə, hikmətlərlə doludur. Bu fəlsəfənin bazasında inkişaf edən Çin təbabəti bu gün də dünyanı heyrətləndirməkdədir.

Kainatın kiçik modeli olan insan bədənində paralel və meridianlara bənzər xətlər var. Bu xətlərin birləşmə nöqtəsi bioaktiv nöqtələr hesab edilir. İnsan bədənində 365 qədər bioaktiv nöqtələr var ki, qədim Çin təbabəti də məhz onların vasitəsilə tətbiq olunur.

Qədim Çin müdrikləri 365 bioaktiv nöqtə ilə xeyli xəstəliklərin müalicəsini tətbiq edirdilər.

Moderator.az-ın təqdim edəcəyi bu yazıda isə bir Çin təbibinin oğluna verdiyi çox sadə məsləhətdə ömrü uzatmağın düsturu var.

Zu San Linin atası ona insanın ayaq nayihəsindəki kiçik bir nöqtənin “uzun ömür nöqtəsi” və “yüz xəstəliyin şəfası” olduğunu deyir. Zu San Li atasının məsləhətinə əməl edərək ayaqdakı həmin nöqtəni hər gün masaj edir. Deyilənə görə, o ondan çox imperatoru görməyə imkan verən uzun bir ömür yaşayır.

Qədim Şərq fəlsəfəsi insanla kainatın oxşarlığını ən çox qabardan bir fikir sistemi olub. Odur ki, insan bədənindəki 365 nöqtənin ildəki günlərin sayına, 12 meridianın isə 12 ayın sayına uyğun olduğunu müəyyən ediblər. Həmin nöqtələrə təmas etməklə bədənin bir sıra orqanlarına da təsirin göstərilməsi həmin meridianlar vasitəsilə həyata keçirilir.


Çin fəlsəfəsində insan bədəni vahid enerji sistemidir. Həmin nöqtələr isə “enerji vıbrasiyaları”nı hərəkətə gətirən xüsusi mexanizmdir. İndi isə keçək, ömrü uzadan nöqtəyə. Əslində burada ömrün uzanması tamamilə nisbi anlayışdı. Sadəcə olaraq bu nöqtə yüzə yaxın xəstəliyin müalicəsi üçün uğurlu element olduğu üçün ona belə ad verilib. Fotodan da göründüyü kimi diz qapağından azacıq aşağıda yerləşən nöqtə ayaq sümüyünün yaxınlığındadır. Əslində bu nöqtəni tapmaq çox asandır. Əvvəlcə belə edirik: əlimizi dizin qatlanan hissəsi boyu onun üzərinə qoyuruq. Baş barmağı çıxmaqla dörd barmağımız dizin üstünü örtəcək. Bu zaman çəçələ barmağı ilə dördüncü barmağınızın arasında olan ərazidə həmin nöqtə yerləşir. Nöqtənin yeri fotoda aydın göründüyü üçün bu barədə çox danışmayaq. Birbaşa həmin nöqtənin müalicəvi xüsusiyyətlərinə diqqət edək:

Zu San Li nöqtəsi bədənin ikinci qatını, yəni böyrəklər də daxil olmaqla ondan aşağıda olan nayihələri- sidik kanalı, cinsi orqanlar, bağırsaq sistemi və s.-ə müsbət təsir göstərir. Biz bu nöqtəni masaj etməklə enerji dalğalarını hərəkətə gətirir və adı çəkilən orqanlardakı xəstəlikləri sakitləşdirmiş oluruq.

Bu nöqtəni masaj edərkən həm də, böyrəküstü vəziləri də aktivləşdirmiş oluruq. Bu zaman bədənin sidikqovuculuq xüsusiyyəti artır.

Bu nöqtənin başqa müsbət müalicə xüsusiyyətləri var: qan dövranını sabitləşdirir, bədəndəki şəkərin qalxmamasını təmin edir, bağırsaq sisteminin fəaliyyətini bərpa edir.


Bədəndəki bu nöqtəni masaj edib ömrü uzatmaq olar

Oxşar xəbərlər