Avropa Liqası: Azərbaycan – Fransa - 3:0

Avropa Liqası: Azərbaycan – Fransa - 3:0 Komandamız yarımfinala adlayıb

Dünən qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.

Azərbaycan millisi meydan sahibləri Fransa ilə qarşılaşıb.

Faiq Qarayevin yetirmələri bundan əvvəlki bütün oyunlarda qalib gəldikləri kimi Fransa millisinə şans verməyib - 3:0.

Bununla da qrup mərhələsini məğlubiyyətsiz başa vuran komandamız 18 xalla yarımfinala adlayıb.

Yarımfinalın ilk oyunları iyunun 23-də, cavab qarşılaşmaları isə 3 gün sonra iyunun 26-da oynanılacaq.

II dövrə, Fransa
Azərbaycan – Fransa - 3:0 (25:13, 25:23, 25:15)
Hakimlər: Paul Herbots (Belçika), Benedikt Qeukes (Almaniya)
Fransa. Renn, “Kollette Besson” Sarayı

Oxşar xəbərlər