Ermənistanda Vanadzor-Dilican yolunda erməni hərbçilərinin iştirakı ilə ağır qəza baş verib.
Erməni KİV-in məlumatına görə, idarəetməni itirən BMW markalı avtomobil dərəyə aşıb.
Maşında olan 32 yaşlı mayor Albert Mkrtçyan və baş leytenant Artur Xaçatryan ağır zədələr alıblar. Həkimlər onların vəziyyətini çox ağır qiymətləndirirlər.