Xızıda başçının aqrar siyasəti göyərmir – Qarğıdalı azarkeşi Xəzər Aslanov nədən məyus olub?

Xızıda başçının aqrar siyasəti göyərmir – Qarğıdalı azarkeşi Xəzər Aslanov nədən məyus olub? Xızıda Fərrux Haqverdiyevi tanımayan yoxdur. Rayonun suvarma sistemlərini abıra salan Fərrux müəllim aqrar sahə üzrə tanınmış mütəxəssisdir. Uzun illərdir ki, Xızıda möhtəşəm işlər görür. Bu yerlərdə necə deyərlər, can qoyub. Müxtəlif vəzifələrdə çalışıb. Hazırda YAP rayon təşkilatının sədridir. Hacı Fərruxun icra başçısı Xəzər Aslanovun qəzəbinə düçar olmasının deyilənə görə öz ilginc tarixçəsi var. Hər şey Fərrux Haqverdiyevin Şurabad qəsəbə bələdiyyəsinə məxsus 45-50 hektar sahəni başçı Xəzər Aslanova hədiyyə etməsindən sonra başlanıb. Hacı necə və hansı əsasla bunu edib, bilmirik. Lakin, deyilənə görə həm də rayon yerli islahat komissiyasının sədri Xəzər müəllim bu bərəkətli yerləri çoxdan gözaltı edibmiş. Söhbət əsnasında hətta bir dəfə torpaq sahəsinin kimə məxsus olduğunu da Fərrux müəllimdən soruşubmuş. Bu zaman cavab əvəzinə “kimin olur-olsun, bu yerlərin daşı da torpağı da sizin kimi alicənab siyasi rəhbərə qurbandı a qadan alım”, sözlərini eşidib. Sonradan məlum olub ki, icarə müqaviləsi bitmək üzrə olan bu sahədə bir müddət öncə üzüm tingliyi salmaq arzusundaymış Fərrux Haqverdiyev. Bu arzunu da torpaq sahəsi ilə birlikdə Xəzər Aslanova bağışlayıb. Arzudansa arzu doğar deyiblər. Başçının arzuları artdıqca mülk və obyektlərinin də sayı çoxalıb. Ola bilsin istifadəsində olan Giləzidəki torpaq sahələrinin gələcək taleyindən narahatçılıq keçirib Fərrux müəllim, ona görə də söhbəti birdəfəlik bağlamağa üstünlük verib. Hər halda bu peşkəşdə hansısa bir qorxu-hürkü gizlənirdi, deyirlər.Həm də Giləzidəki plantasiyalarında bir qarın çörəyə Fərrux Haqverdiyevin qulluğunda duranların əksəriyyəti əslən gürcüstanlı həmyerliləriydi. Hüquqi ədəbiyyatda buna “miqrant” da deyirlər. Məhz bu “miqrant”lara arxalanaraq Fərrux Haqverdiyev Xəzər Aslanova peşkəş elədiyi torpaq sahəsinin hasarlanması prosesini tezliklə başa çatdırdı. “Zəruri” prosesə dövlət işlərindən müvəqqəti ayrı düşdüyü bildirilən icra başçısı, həm də qarğıdalı azarkeşi Xəzər Aslanov şəxsən özü rəhbərlik edirdi. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, həmən torpaqlarda qarğıdalı yetişdirmək kimi əhəmiyyətli tapşırığı da o verib. Hacı Fərrux şəstlə işə başlayıb. Çünki başçının hüzurunda özünü aqrar sahənin bilicisi qismində təsdiq etməliydi. Amma…mexaniki suvarma üsulundan əməlli-başlı baş çıxaran Hacı necə olubsa hektarlarla qarğıdalı sahəsini gözlənilmədən qurudub yaman günə salıb. Bununula da başçının yanında öz perspektivini qurudub, həm də… Qara qələmə düşən Hacını indi deyirlər başçının görməyə gözü yoxdur. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Oxşar xəbərlər