Avtomobillərin texniki baxışdan keçirilməsi qaydaları dəyişdi

Avtomobillərin texniki baxışdan keçirilməsi qaydaları dəyişdi Nazirlər Kabinetinin yeni qərarı var

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişikliklər edib.

Bu Əsasnamə Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət orqanları tərəfindən dövlət texniki baxışının keçirilməsi qaydalarını müəyyən edir.

İndiyə qədər hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinə, həmçinin hüquqi və fiziki şəxslərin traktorlara, meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinə Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki baxış keçirilib.

Dəyişikliyə əsasən bundan sonra tramvaylar və trolleybuslar, hüquqi və fiziki şəxslərin traktorlar istisna olmaqla, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri, texnoloji nəqliyyat vasitələrinə, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinə Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki baxış keçiriləcək.

Oxşar xəbərlər