Ticarətin mərkəzində qurulan etibar - Rauf Şirəliyevin idarəçilik fəlsəfəsi və sosial məsuliyyət nümunəsi

Ticarətin mərkəzində qurulan etibar - Rauf Şirəliyevin idarəçilik fəlsəfəsi və sosial məsuliyyət nümunəsi “8-ci km Ticarət Mərkəzi”nin rəhbəri Rauf Şirəliyev uzun illərdir ki, paytaxtın iqtisadi həyatında özünəməxsus mövqeyi ilə seçilən, fəaliyyəti ilə təkcə sahibkarlıq mühitinə deyil, bütövlükdə cəmiyyətə təsir edən idarəçilərdən biri kimi tanınır. Onun rəhbərliyi altında fəaliyyət göstərən ticarət mərkəzi sadəcə alış-veriş məkanı deyil, minlərlə insanın dolanışıq yerinə çevrilmiş, yüzlərlə ailənin ümid qapısı olmuş bir iqtisadi platformadır. Bu məkanın hər guşəsində sistemli idarəçilik, nizam-intizam və məsuliyyət hissi açıq şəkildə hiss olunur.

Rauf Şirəliyev idarəçilik fəaliyyətində ilk növbədə insan faktoruna üstünlük verən, hər bir sahibkarın və işçinin qayğısına qalan rəhbər kimi yadda qalıb. Onun yanaşmasına görə, güclü iqtisadiyyat yalnız rəqəmlərlə deyil, insanların rifahı ilə ölçülür. Bu baxımdan o, ticarət mərkəzində fəaliyyət göstərən hər bir şəxsin rahat və təhlükəsiz şəraitdə işləməsi üçün mütəmadi olaraq şərait yaradır, onların problemlərinin həllinə şəxsən diqqət ayırır.

Onun rəhbərlik etdiyi mühitdə nizam-intizam və şəffaflıq əsas prinsip kimi qorunur. Ticarət mərkəzində qaydaların düzgün tətbiqi, ədalətli münasibət və sahibkarlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması Rauf Şirəliyevin idarəçilik xəttinin əsas istiqamətlərindən biridir. Bu isə həm müştəri məmnuniyyətini artırır, həm də bazarın davamlı inkişafını təmin edir.

Rauf Şirəliyevin fəaliyyəti yalnız iqtisadi sahə ilə məhdudlaşmır. O, sosial məsuliyyət məsələlərinə xüsusi həssaslıqla yanaşan, cəmiyyətin həssas təbəqələrinə dəstək verməyi özünə mənəvi borc bilən insanlardan biridir. Xüsusilə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı onun şəxsiyyətinin ən parlaq cəhətlərindən biridir. Bu ailələrin ehtiyaclarının qarşılanması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi addımlar cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Qazilərə münasibətdə də eyni həssaslıq və diqqət müşahidə olunur. Vətən uğrunda sağlamlığını itirmiş insanlara dəstək olmaq, onların gündəlik həyatını asanlaşdırmaq üçün göstərilən təşəbbüslər Rauf Şirəliyevin humanist yanaşmasının göstəricisidir. Onun təşəbbüsü ilə müxtəlif sosial layihələr həyata keçirilir, qazilərin işlə təmin olunmasına və cəmiyyətə inteqrasiyasına xüsusi önəm verilir.

Bu fəaliyyətlərin arxasında isə dərin dövlətçilik düşüncəsi dayanır. Rauf Şirəliyev hər zaman dövlətin maraqlarını üstün tutan, ölkənin inkişafını şəxsi fəaliyyətinin ayrılmaz hissəsi kimi qəbul edən bir rəhbərdir. Onun üçün idarəçilik yalnız biznes deyil, həm də milli məsuliyyət məsələsidir. Bu baxımdan o, ölkədə aparılan islahatlara dəstək verən, iqtisadi inkişafın davamlılığına töhfə göstərən şəxslər sırasındadır.

Rauf Şirəliyevin dövlətə və dövlət başçısına olan sadiqliyi də xüsusi qeyd olunmalıdır. O, hər zaman İlham Əliyev tərəfindən həyata keçirilən siyasəti dəstəkləyən, bu siyasətin mahiyyətini öz fəaliyyətində tətbiq edən şəxslərdən biridir. Onun fikrincə, güclü dövlət yalnız birlik və sədaqət üzərində qurula bilər və hər bir vətəndaş bu prosesdə öz məsuliyyətini dərk etməlidir.

Onun rəhbərlik etdiyi ticarət mərkəzində aparılan yeniliklər və müasir idarəetmə yanaşmaları da diqqətəlayiqdir. İnfrastrukturun təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşma və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər bu məkanı daim inkişaf edən bir mərkəzə çevirib. Bu isə həm sahibkarlar, həm də müştərilər üçün daha əlverişli mühit yaradır.

Rauf Şirəliyev həm də kollektivdə sağlam münasibətlərin formalaşdırılmasına xüsusi diqqət yetirir. Onun rəhbərliyi altında çalışan insanlar arasında qarşılıqlı hörmət, etibar və əməkdaşlıq mühiti hökm sürür. Bu isə iş prosesinin daha səmərəli təşkilinə, ümumi nəticələrin daha yüksək olmasına səbəb olur.

Onun fəaliyyəti ilə tanış olan hər kəs bir məqamı xüsusi vurğulayır: sadəlik və səmimiyyət. Rauf Şirəliyev vəzifəsindən asılı olmayaraq insanlarla ünsiyyətdə sadəliyini qoruyur, hər kəsə eyni diqqət və hörmətlə yanaşır. Bu xüsusiyyət isə onu təkcə rəhbər kimi deyil, həm də nümunəvi insan kimi fərqləndirir.

Cəmiyyətin müxtəlif təbəqələri ilə qurduğu münasibətlər, həyata keçirdiyi sosial təşəbbüslər və dövlətçilik mövqeyi onu müasir dövrdə nüfuzlu və etibarlı simalardan birinə çevirib. Onun fəaliyyəti bir daha sübut edir ki, düzgün idarəçilik yalnız iqtisadi uğurla deyil, həm də sosial məsuliyyətlə ölçülür.

Rauf Şirəliyevin bu günə qədər keçdiyi yol, qazandığı təcrübə və göstərdiyi xidmətlər gələcək nəsillər üçün də bir nümunədir. Onun rəhbərlik fəlsəfəsi, insanlara yanaşma tərzi və dövlətə bağlılığı uzun illər yadda qalacaq, onun adı isə ticarət və sosial məsuliyyət sahəsində uğurlu fəaliyyətin simvolu kimi xatırlanacaq.

“8-ci km Ticarət Mərkəzi”nin rəhbəri Rauf Şirəliyev - Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində mətbuata verilən bəyanat iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir. Bu səfər həm də regionda formalaşan yeni geosiyasi reallıqlar kontekstində xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə əsaslanır. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər hazırda regionun ən sabit və etibarlı tərəfdaşlıq modellərindən biri kimi çıxış edir. Həmin münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar prinsipinə əsaslanır. İkitərəfli əlaqələrin yüksək səviyyəyə çatması həm siyasi iradənin gücünü, həm də xalqlar arasında mövcud olan səmimi münasibətləri əks etdirir.
Azərbaycan investorlarının Gürcüstan iqtisadiyyatına böyük maraq göstərməsi təsadüfi deyil. Bu günədək qoyulan 3,7 milyard dollarlıq sərmayə iki ölkə arasında iqtisadi əməkdaşlığın real göstəricisidir. Ticarət dövriyyəsinin artması və yaxın perspektivdə 1 milyard dollar həddinə çatma ehtimalı isə bu əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir.

Ticarətin mərkəzində qurulan etibar - Rauf Şirəliyevin idarəçilik fəlsəfəsi və sosial məsuliyyət nümunəsi


İki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinə dəstək verir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər hər iki tərəf üçün dəyişməz mövqe olaraq qalır. Bu amillər həm regional sabitliyin qorunmasına, həm də beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə mühüm töhfə verir. Qarşılıqlı dəstək çoxtərəfli platformalarda ortaq təşəbbüslərin irəli sürülməsinə və mövqelərin uzlaşdırılmasına geniş imkan yaradır. Eyni zamanda, bu həmrəylik regionda etibarlı tərəfdaşlıq mühitinin formalaşmasına və uzunmüddətli əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Cənubi Qafqazda yaranan yeni reallıqlar qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsi, davamlı sabitliyin təmin olunması və regional əməkdaşlığın genişləndirilməsi ilə xarakterizə olunur. Sülhün davamlılığını təmin etmək üçün iqtisadi əməkdaşlıq, xüsusilə ticarət və investisiya layihələrinin gücləndirilməsi əsas məsələlərdən biridir. Bu baxımdan Gürcüstanın tranzit və nəqliyyat rolunun strateji əhəmiyyəti mühüm rol oynayır. Çünki həmin amillər region ölkələri arasında əlaqələrin inkişafına, Cənubi Qafqazın beynəlxalq ticarət şəbəkəsində mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Ticarətin mərkəzində qurulan etibar - Rauf Şirəliyevin idarəçilik fəlsəfəsi və sosial məsuliyyət nümunəsi


Enerji sahəsində əməkdaşlıq iki dövlət arasında münasibətlərin əsas komponentlərindən biridir. Azərbaycan uzun illərdir ki, Avropa və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu prosesdə Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr regionun enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərdir. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət daşıyır. Eyni zamanda, Orta Dəhliz layihəsi iki dövlətin nəqliyyat-logistika sahəsində əməkdaşlığını yeni mərhələyə yüksəldir. Bu dəhliz Şərq ilə Qərb arasında mühüm bağlantı rolunu oynayaraq regionun tranzit imkanlarını genişləndirir. Dövlətimizin başçısının mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır: “Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir”.
Səfər zamanı vurğulanan əsas məqamlardan biri də ikitərəfli əməkdaşlıq gündəliyinin getdikcə genişlənməsidir. Yeni investisiya layihələri, üçüncü ölkələrdə birgə fəaliyyət perspektivləri və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi gələcək üçün mühüm imkanlar yaradır. Bu münasibətlər modeli regiondakı digər dövlətlər üçün də nümunə kimi qiymətləndirilir. Çünki burada qarşılıqlı maraqların uzlaşdırılması, etimad mühiti və uzunmüddətli strateji baxış əsas rol oynayır.
Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində səsləndirdiyi mesajlar bir daha göstərdi ki, iki dövlət arasında münasibətlər gələcək inkişaf perspektivlərinə hesablanıb. Bu tərəfdaşlıq regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Mövcud siyasi iradə, iqtisadi əməkdaşlıq və ortaq strateji maraqlar fonunda münasibətlərin daha da möhkəmlənəcəyi və yeni mərhələyə qədəm qoyacağı şübhə doğurmur.

Oxşar xəbərlər