Düşmənimiz erməni işğalçısıdır, dinc əhali yox – BƏYANAT

Düşmənimiz erməni işğalçısıdır, dinc əhali yox – BƏYANAT Müdafiə Nazirliyi erməni tərəfinin ittihamlarını rədd etdi

Ermənilərin növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrini mülki əhaliyə atəş açmaqda günahlandırmağa cəhd göstərməsi düşmən tərəfdə mövcud gərgin daxili kriminal vəziyyətin gizlədilməsinə hesablanmış addımdır.

Bu barədə sorğuya cavab olaraq, Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, dəfələrlə səsləndirilən fikri bir daha diqqətə çatdırırıq ki, ermənilərdən fərqli olaraq Silhalı Qüvvələrimiz beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini və mülki obyektləri atəşə tutmur.

“Erməni tərəfinin yaydığı məlumatda diqqət çəkən məqamlardan biri də adı çəkilən kəndin qoşunların təmas xəttindən xeyli aralıda yerləşməsidir.

Əminliklə bildiririk ki, Akop Ambarsumyan adlı şəxsin ölümünə Azərbaycan tərəfinin heç bir aidiyyəti yoxdur”, - deyə, MN bəyan edir.

Oxşar xəbərlər