Azərbaycan və İran arasında yükdaşıma bərpa olunub.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa olunub.