Müasir dövrdə dayanıqlı inkişafın təmin olunmasında güclü infrastrukturun mövcudluğu həlledici rol oynayır

Müasir dövrdə dayanıqlı inkişafın təmin olunmasında güclü infrastrukturun mövcudluğu həlledici rol oynayır

Bakı şəhəri və Abşeron yarımadasında su təsərrüfatı və infrastrukturun inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Müasir dövrdə dayanıqlı inkişafın təmin olunmasında güclü infrastrukturun mövcudluğu həlledici rol oynayır. Azərbaycan Respublikasında bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət ölkənin sosial-iqtisadi inkişafını sürətləndirmiş, əhalinin rifah halının yüksəlməsinə mühüm töhfə vermişdir. Xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı, yağış və tullantı sularının idarə olunması sahəsində görülən işlər bu siyasətin bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyası bu gün cənab prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə genişmiqyaslı infrastruktur layihələri icra edilmiş, su təsərrüfatı sistemlərinin yenilənməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu layihələr xüsusilə paytaxt və ətraf ərazilərdə ekoloji tarazlığın qorunmasına, daşqın risklərinin azaldılmasına və əhalinin fasiləsiz su təminatına xidmət edir.
Ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, həm Bakıda, həm bütün bölgələrdə. İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə bir qədər toxundum, bu gün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik.
Bu gün həm magistral, həm kənd yolları, şəhərlərarası yollar - bu layihələr icra edilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə dediyim bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur.
İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.
Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub.
Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür.Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Son 20 il ərzində ancaq sadaladığım, - halbuki görülən işlər qat-qat çoxdur, - layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.
Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta ümumtəhsil məktəbinin
tarix müəllimi Aytən Həsənova


Oxşar xəbərlər