Neft daha 27% ucuzlaşacaq — Dünya Bankından bədbin proqnoz

Neft daha 27% ucuzlaşacaq — Dünya Bankından bədbin proqnoz Dünya Bankı 2016-cı il üçün neft qiymətləri haqqında analiz-hesabat dərc edib

Dünyanın ən iri maliyyə istitutu belə bir hesabatı keçən il də dərc etmişdi.

Hesabatda bankın analitikləri 2016-cı ildə neftin dünya bazarlarında ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.

"2015-ci il ərzində neftin qiymətləri 47% aşağı düşdü. 2016-cı il üçün gözlənilən ucuzlaşma isə 27%-dən aşağı olmayacaq", Dünya Bankının hesabatında belə deyilir.

Yəni, hesabata əsasən 2016-cı ildə Brent markalı neftin qiymətinin 21 dollar ətrafında olacağı təxmin edilir.

Oxşar xəbərlər