Nazir: Bu il Azərbaycanda inflyasiya 10-12 faiz olacaq

Nazir: Bu il Azərbaycanda inflyasiya 10-12 faiz olacaq “Manatın devalvasiyası istehlak bazarında qiymətlərə təsir edib”

2016-cı ildə Azərbaycanda inflyasiya 10 -12% səviyyəsində proqnozlaşdırılır.

Bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.

Maliyyə nazirin sözlərinə görə, bu, ölkənin İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulub:

“Manatın devalvasiyası istehlak bazarında qiymətlərə təsir edib. Ona görə də bu il inflyasiya 10-12% səviyyəsində gözlənilir”.

2015-ci ildə ölkədə inflyasiya 4%, 2014-cü ildə 1,4%, 2013-cü ildə 2,4%, 2012-ci ildə 1,1%, 2011-ci ildə 7,9%, 2010-cu ildə isə 5,7% olub. Ötən il ərzaq malları 6,1%, qeyri-ərzaq malları isə 3,8% bahalaşıb.

Pullu xidmətlər üzrə tariflər isə 1,2% bahalaşıb.

Oxşar xəbərlər