Dünyanın müxtəlif ölkələrindən "Qarabağ"a sürpriz

Dünyanın müxtəlif ölkələrindən Dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyənin fərqli ərazilərində yaşayan “Qarabağ”ın azarkeşləri baş məşqçi Qurban Qurbanova sürpriz video hazırlayıblar.

Bu barədə “Z spor” məlumat yayıb.

Videoda İran, İngiltərə, Qazaxıstan, Türkiyə, Almaniya, Türkmənistan, Belçikadan olan futbolsevərlər çıxış edib.

“Bu böyük oyundan əvvəl (“Qarabağ”- “Atletik” qarşılaşması) sizə sürpriz hazırladıq" deyən gənc müxtəlif şəhər və ölkələrdən “Qarabağ”a dəstək üçün hazırladıqları çarxı Q.Qurbanova izlədib.

Video “Bütün türklərin ortaq qüruru “Qarabağ” başlığı ilə paylaşılıb və 1 sutkadan az bir müddətdə 600 minə yaxın baxış toplayıb.

Görüntülərə Q.Qurbanovun sevinclə baxması diqqətdən qaçmayıb.

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakı vaxtı ilə saat 20:45-də İspaniyada "Atletik" - "Qarabağ" qarşılaşması olacaq.

Oxşar xəbərlər