
Bu sözləri müğənni Zeynəb Dostəliyeva “Bizimləsən” verilişində deyib. İfaçı sənətə yeni gələn müğənniləri tənqid edib:
“İndi siz müğənniləri otellərə aparırlar. Qastrollara gedəndə oteldə qalırsız. Biz o vaxt gedib qonaq evində qalırdıq. Nə tualeti, nə də əl yumağa yeri var idi.
Məni indi verilişə təmənnasız çağırmısınız. Kanallar var ki, deyəndə elə qiymət oxuyurlar ki… O pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər”.