Bakıda və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub

Oxşar xəbərlər