ADB Azərbaycanın da daxil olduğu regiona yeni rəhbər təyin edib
Asiya İnkişaf Bankı (ADB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.
Bu barədə Banka istinadən xəbər verir.
O, ADB-nin Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.