
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "Azərbaycanfilm" kinostudiyasının həyətində baş verən partlayış və yanğınla bağlı danışarkən deyib.
O qeyd edib ki, ekspertlərin rəyini gözləmək lazımdır:
"Fövqəladə Hallar Nazirliyinin ekspertləri işləyirlər, onlar hadisə yerindədirlər. Yəqin, səhərə yaxın nəsə biləcəyik. Hər halda olmamalıydı, amma oldu da", - Eldar Əzizov hadisə yerində İTV-yə bildirib.
Qeyd edək ki, iyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib. Daha sonra yanğın başlayıb. Yanğın söndürülüb.