
Zelenski xatırladıb ki, Rusiya ordusu Ukraynaya qarşı İranda istehsal olunmuş “Şahed” pilotsuz uçuş aparatlarından istifadə edir:
“Hamımız yaxşı bilirik ki, Rusiyanın bu cür silahları haradan gəlib. İranın Rusiya tərəfini dəstəkləmək qərarları ölkəmizə və bir çox başqa dövlətlərə genişmiqyaslı dağıntılar və böyük insan tələfatı gətirib. Bu, mütləq dayanmalıdır,” – deyə o vurğulayıb.
Zelenski həmçinin nüvə silahının yayılmasına qarşı çıxıb:
“Bu təhlükə nüvə silahı ilə daha da gücləndirilməməlidir. Müasir dünyada nüvə silahının yayılmasına yol verilməməlidir. Bu, daim vurğulanmalıdır. ABŞ prezidentinin – Donald Trampın – bu məsələdə qətiyyətli mövqeyi vacibdir. Eyni zamanda qeyd olunmalıdır ki, diplomatiya işə düşməlidir".