Putin Ərdoğana təşəkkür edib

Putin Ərdoğana təşəkkür edib Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.

2022-ci ildə İstanbulda Ukrayna ilə danışıqlar apardıqlarını xatırladan Putinin sözlərinə görə, prezident Ərdoğanın səyləri nəticəsində 2022-ci ildə Ukrayna ilə razılaşma hazırlandı. “Sonra qərblilər dedilər ki, Rusiya meydanda məğlub olmalıdır. Hər şeyi atıb bu hədəfi hədəflədilər. İndi vəziyyət dəyişdi".

Putin əlavə edib ki, İstanbulda aparılan danışıqların nəticəsidir ki, humanitar sahədə uğurlar əldə edilib: "Buna görə Prezident Ərdoğana təşəkkür edirik".

Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduqlarını qeyd edən Putin bildirib ki, bu danışıqların nəticəsi olaraq 1200 əsir əsgərin dəyişdirilməsinə razılaşdıq: “Onlardan 500-ünü verdik, 400 əsgərimizi aldıq. 6000-dən çox əsgərin cəsədini təhvil verdik. Bu, daha 3000 cəsəd verməyə hazırıq. Bu faciəvi bir rəqəmdir”.

Oxşar xəbərlər