Özgür Özəl istintaqa CƏLB OLUNDU

Özgür Özəl istintaqa CƏLB OLUNDU Qaziosmanpaşada keçirdiyi mitinqdə İstanbul Cümhuriyyət Baş prokuroru Akın Gürlekin ünvanına səsləndirdiyi ifadələrə görə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində istintaq başladılıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç da məsələ ilə bağlı sosial media hesabında açıqlama verib.

"Məhkəməyə edilən təhdid, hüquqi dövlət prinsipinə açıq hücumdur", - nazir paylaşımında qeyd edib.

Oxşar xəbərlər