
Musavat.com xəbər verir ki, 1990-cı il təvəllüdlü Aruz Süleymanov narkotik vasitə istifadəçisi olub. Buna görə uzun müddətdir ailəsi ilə də problemləri yaranıb. Onun xanımı da evi tərk edərək ata evinə gedib.
Polis əməkdaşları Arzu Süleymanovu saxlamaq üçün əməliyyat keçiriblər. Həmin zaman Arzu yaşadıqları məhəllədə xoruz və qaz otarırmış. O, polis əməkdşlarını görən zaman üzərində olan 4 qram dan çox olan metamfetamin bükümünü udub. Polis əməkdaşları onu saxlayaraq şəhərdəki Mərkəzi Klinikaya aparıblar.
Həkimlər onun mədəsindəki narkotik bükümünü çıxarıblar. Bu əməliyyat videogörüntü ilə qeydə alınıb.
Arzu ifadəsində narkotik istifadəçisi olduğunu etiraf edib. Amma mədəsindən çıxan narkotikin özünə məxsus olmadığını söyləyib: “Mənə dedilər ki, bu narkotiki götür. Mən də kənara qaçıb uddum”.
Təqsirləndirilən şəxsin xanımı ifadəsində maraqlı bir məqama toxunub. Deyib ki, əri narkotik istifadəçisi olduğu üçün evi tərk edib. Hadisədən iki gün əvvəl əri onlara gəlib və qardaşını götürərək Hacıkəndə gedib.
“Arzuya zəng edib harada olduğunu soruşdum. Hacıkənddə olduqlarını, qardaşımı gətirməyəcəyini dedi. Onun xasiyyətini bildiyim üçün evə qayıdacağımı dedim. Qardaşım gəldi, mən də evə qayıtdım. Hadisə günü uşaqlarla evdə idim. Arzu da küçədə xoruz otarırdı. Səs-küy gələndə küçəyə çıxdım. Polislər Arzunu apardı. Arzunun narkotik satışı ilə məşğul olduğunu bilmirəm. Amma narkotikən istifadə edirdi”,- deyə təqsirləndirilən şəxsin xanımı ifadəsində bildirib.
Polis əməkdaşlarının ifadəsindən məlum olub ki, əməliyyat zamanı Arzunun narkotiki udduğunu görməyiblər. Əməliyyatdan sonra Aruz mədəsində ağrılar olduğunu deyib. Səbəbini soruşanda özü etiraf edib ki, narkotik olan bükümü udub.
Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə Arzu Süleymanov narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülüb.
Məhkəmənin hökmü ilə Aruz Süleymanov şəxsi istehlak miqdarından artıq, külli miqdarda narkoik vasitə əldə etmə, saxlama və daşımada təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.