
Sabah daha 1 itkin şəhid dəfn ediləcək.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Sahil Nurəddin oğlu İbrahimov iyunun 3-ü saat 12:00-da Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.