Arvadını qucaqlayan müəllimi baltaladı - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Arvadını qucaqlayan müəllimi baltaladı - Dəhşətli cinayətin TƏFƏRRÜATI Cəlilabad rayonunun Ağdaş kəndində həmkəndlisini bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Hadisənin baş verməsinə səbəb qısqanclıq olub.

Eldəniz həmkəndlisi Fərasəti baltalayıb. Bu zaman onları aralaşdırmağa çalışan Fərasətin arvadı Rəsmiyyə də xəsarət alıb.

Eldəniz xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə ittiham olunaraq həbs edilib.

Hadisənin baş vermə səbəbi qısqanclıqdır. Belə ki, hadisədən bir neçə gün əvvəl Eldənizi arvadı İlhaməxanımı xadimə işlədiyi məktəbə aparıb. Onu gözləyən zaman İlhaməxanım məkəbin həyətində Fərasətlə rastlaşıb. Bu zaman Fərasət İlhaməxanımı qucaqlayaraq onun yanağından öpüb.

Bunu görən Eldəniz qəzəblənib və arvadından bunun səbəbini soruşub. İlhaməxanım deyib ki, Fərasət müəllim məktəbdə işləyən digər xanım əməkdaşlara qarşı da belə edir.

Eldənizlə arvadı arasında soyuqluq yaranıb və İlhaməxanım atası evinə gedib. Bunu özünə təhqir hesab Eldəniz qisas almaq qərarına gəlib. Maska taxaraq Fərasətin evinə gedib. İttihama görə Eldənizin əlində balta olub və evə girən kimi Eldənizə zərbələr endirib. Bu zaman onun xanımı Rəsmiyyə onları aralaşdırmağa çalışıb. Bu zaman o da xəsarət alıb.

Evdə olan digər şəxslərin müdaxiləsi ilə Eldənizin əlindən baltanı alıblar.

Eldəniz ifadəsində deyib ki, Fərasəti öldürmək niyyəti olmayıb. O, Fərasəti qorxutmaq istədiyini, söhbət etmək istədiyini deyib.

Onun sözlərinə görə balta Fərasətin arvadı Rəsmiyyədə olub. Rəsmiyyə onu vurmaq istəyəndə balta təsadüfən Fərasətə dəyib. Eldəniz Rəsmiyyəni itələyərək yıxdığını, bu zaman onun xəsarət aldığını bildirib.

Məhkəmədə zərərçəkmiş Fərasət də ifadə verib. O, İlhaməxanımı qucaqlamadığını, öpmədiyini bildirib. Deyib ki, İlhaməxanımın onkoloji xəstə olduğunu bilərək onun əlindən tutub, yazığı gəldiyi üçün təsəlli verib.

Fərasət məhkəmədəki ifadəsində Eldənizdən şikayətçi olmadığını, xəstə anasının xətrinə onu bağışladığını deyib.

Məhkəmənin hökmü ilə Eldənz 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər