Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE

Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli müvafiq əmrləri ilə iki xanıma vəzifə verib.

Ölkə.Az Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edilən Leyla Muradzadə və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının yeni direktoru Leyla Quliyevanın dosyelərini təqdim edir.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinat alan Leyla Muradzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2008-ci ildə adı Prezidentin Sərəncamı ilə gənc istedadların “Qızıl kitabı” na daxil edilib.

Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE


Yeni müavin Bakı Musiqi Akademiyasında xor dirijorluğu üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib. 2023-cü ildə “Azərbaycan a capella xor musiqisində muğamın təcəssümü (1990-cı illərə qədər)” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.
Uzun müddətdir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışan L.Muradzadə 2012–2017-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasının artisti olub. 2024-cü ildən paralel olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı metodistidir. Ölkəmizdə uşaq və gənclərdən ibarət ilk xor musiqi albomunun müəllifidir.

Nazirin əmri ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyindəki Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə direktor gətirilən Leyla Quliyeva da Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.

Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE


2002-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (musiqişünaslıq ixtisası) bakalavr və 2004-cü ildə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

2004-cü ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) Musiqinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 2008-ci ildə “Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2022-ci ildə həmin kafedranın professoru vəzifəsinə seçilib.

O, 2013-2023-cü illərdə AMK-nın İfaçılıq və Musiqi sənəti fakültələrinin dekanı vəzifələrində çalışıb. 2023-cü ildən son təyinatadək konservatoriyadakı İmtahan Mərkəzinin rəhbəridir.

L.Quliyeva “Xarici musiqi tarixi”, “Musiqi tarixi”, “Müasir musiqi” proqramlarının, bəstəkarlar Azər Rzayev və Həsən Rzayevlə bağlı kitabçaların, “Cahangir Cahangirov” adlı monoqrafiya və digər nəşrlərin müəllifidir.

Oxşar xəbərlər